ATU alimləri Moskvada DİM-ləri gündəmə gətirdi
29.09.2026 13:57

Azərbaycan Tibb Universitetinin (ATU) əməkdaşları Moskvada keçirilən Beynəlxalq “Uşaqların sağlamlığı – Rusiyanın milli prioriteti” II Ümumrusiya Forumunda Azərbaycanı təmsil ediblər.

 

ATU-dan Aztibb.az-a bildirilib ki, Rusiya Federasiyası Səhiyyə Nazirliyinin “Uşaqların Sağlamlığı üzrə Milli Tibbi Tədqiqat Mərkəzi”nin təşkilatçılığı ilə baş tutan tədbirdə pediatriya, uşaq və yeniyetmələrin gigiyenası, profilaktik tibb, məktəb sağlamlığı, qidalanma və digər aktual istiqamətlər üzrə elmi-praktik müzakirələr aparılıb.

 

Forum çərçivəsində keçirilən “Uşaq və yeniyetmələrin gigiyenası: tarix və müasirlik” konfransında ATU-nun Uşaq-yeniyetmələrin sağlamlığı və əmək sağlamlığı kafedrasının müdiri, dosent Şəhla Balayeva “Şəhər yaşıl məkanlarının uşaqların psixi sağlamlığına təsiri” mövzusunda məruzə ilə çıxış edib.

 

Məruzədə şəhər yaşıl məkanlarının uşaqların psixi sağlamlığında rolu Dayanıqlı İnkişaf Məqsədləri – DİM 3 (Yaxşı səhiyyə və rifah), DİM 9 (Sənaye, innovasiya və infrastruktur) və DİM 11 (Dayanıqlı şəhərlər və icmalar) kontekstində təqdim olunub.

 

Konfransda ATU-nun dosenti Zöhrə İsmayılovanın yeniyetmələr arasında zərərli vərdişlər və riskli davranışların yayılmasına həsr olunmuş onlayn təqdimatı da dinlənilib. Mövzu DİM 3 – Yaxşı səhiyyə və rifah məqsədi ilə əlaqələndirilib.

 

Səfər çərçivəsində ATU nümayəndələri Rusiya Federasiyasının müxtəlif regionlarından və Belarusdan olan uşaq və yeniyetmələrin sağlamlığı və gigiyenası üzrə mütəxəssislərlə görüşlər keçiriblər. Görüşlərdə elmi əməkdaşlıq, uşaqların təhsil və yaşayış mühitinin sağlamlığa təsiri, sağlamlıq risklərinin erkən aşkarlanması və profilaktik yanaşmaların inkişafı istiqamətində fikir mübadiləsi aparılıb.

 

ATU əməkdaşlarının beynəlxalq elmi platformada təqdim etdiyi tədqiqat istiqamətləri uşaq sağlamlığının qorunması, profilaktikanın gücləndirilməsi və sağlam gələcək nəsillərin formalaşdırılması ilə bağlı aktual məsələləri gündəmə gətirib.

ÇOX OXUNANLAR
 LOR cərrah Səma Səfərova Xətai Tibb Mərkəzində fəaliyyətə başlayıb   
İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyi arasında Memorandum imzalanıb
Bəxtiyar İsmayılov səhiyyə nazirinin müavini təyin edilib
Ağciyərin sağlamlığını qorumağın ən mühüm yollarından biri tütün məhsullarından uzaq durmaqdır
 ATU rezidenti Belqradda SLEuro-nun beynəlxalq seminarda iştirak edib   
 Yeni Klinikada ABADD rəhbərliyi ilə canlı tibbi konsilium keçirilib   
 Uşaq evlərinin sakinləri üçün tibbi müayinələr təşkil olunub   
Nizami Tibb Mərkəzində fəaliyyət göstərən könüllülərlə görüş keçirilib
 “Ürəyinin ritmini tut!” devizi altında elmi-praktiki seminar keçirilib
 Tovuzun ucqar dağ kəndi Kirəndə səyyar tibbi müayinə keçirilib
Ağdaşın Birinci Aral və İkinci Aral kəndlərində tibbi aksiya: 54 nəfər müayinə olunub
 Qəbələ RMX-da maarifləndirici təlim: “Yenidoğulmuşlarda reanimasiya tədbirləri”    
Oromandibulyar distoniya nədir?
Diabet və böyrəklər: səssiz təhlükə