Azərbaycan Tibb Universiteti ilk dəfə “UI GreenMetric 2026” qlobal reytinqində  
29.09.2026 11:16

Azərbaycan Tibb Universiteti (ATU) davamlı inkişaf üzrə nüfuzlu qlobal “UI GreenMetric 2026” reytinqində ilk dəfə yer alıb.

 

Bu barədə Aztibb.az-a ATU-dan xəbər verilib.

 

Bildirilib ki, universitetin reytinqdə iştirakı ekoloji dayanıqlılıq, ətraf mühitin mühafizəsi, resurslardan səmərəli istifadə və kampus infrastrukturunun yaşıllaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin mühüm göstəricisi kimi qiymətləndirilir. 

 

2010-cu ildə İndoneziya Universiteti tərəfindən təsis edilən “UI GreenMetric World University Rankings” dünya universitetlərinin davamlılıq və ekoloji idarəetmə sahəsində fəaliyyətini qiymətləndirən beynəlxalq reytinqdir. Qiymətləndirmə infrastruktur və ətraf mühit, enerji və iqlim dəyişikliyi, tullantıların idarə olunması, su ehtiyatlarından istifadə, nəqliyyat, eləcə də təhsil, tədqiqat, idarəetmə və rəqəmsallaşma kimi əsas istiqamətləri əhatə edir. 

 

ATU-nun reytinqdə debütü- ilk dəfə təmsil olunması universitetin tibbi təhsil və infrastrukturun müasir ekoloji standartlara uyğunlaşdırılması istiqamətində strateji yanaşmasının nəticəsidir. Universitetin uzunmüddətli inkişaf strategiyasına “yaşıl” təşəbbüslər daxil edilib, karbon izinin və resurslardan istifadənin monitorinqi istiqamətində müvafiq tədbirlər həyata keçirilir. 
Universitetin bu istiqamətdə əldə etdiyi nəticə Azərbaycanda ətraf mühitin mühafizəsi və ali təhsil müəssisələrində dayanıqlı infrastrukturun inkişafı üzrə həyata keçirilən təşəbbüslərə də töhfə verir. 

 

Azərbaycan Tibb Universiteti gələcək mərhələdə yaşıl texnologiyaların tətbiqini genişləndirməyi, klinika və tədris binalarında enerji səmərəliliyini artırmağı, resurslardan daha səmərəli istifadəni təmin etməyi, eləcə də ekoloji mövzuların tibb təhsilinə inteqrasiyasını gücləndirməyi planlaşdırır. 
 

ÇOX OXUNANLAR
 LOR cərrah Səma Səfərova Xətai Tibb Mərkəzində fəaliyyətə başlayıb   
İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyi arasında Memorandum imzalanıb
Bəxtiyar İsmayılov səhiyyə nazirinin müavini təyin edilib
Ağciyərin sağlamlığını qorumağın ən mühüm yollarından biri tütün məhsullarından uzaq durmaqdır
 ATU rezidenti Belqradda SLEuro-nun beynəlxalq seminarda iştirak edib   
 Uşaq evlərinin sakinləri üçün tibbi müayinələr təşkil olunub   
 Yeni Klinikada ABADD rəhbərliyi ilə canlı tibbi konsilium keçirilib   
Nizami Tibb Mərkəzində fəaliyyət göstərən könüllülərlə görüş keçirilib
 “Ürəyinin ritmini tut!” devizi altında elmi-praktiki seminar keçirilib
 Qəbələ RMX-da maarifləndirici təlim: “Yenidoğulmuşlarda reanimasiya tədbirləri”    
 Tovuzun ucqar dağ kəndi Kirəndə səyyar tibbi müayinə keçirilib
Ağdaşın Birinci Aral və İkinci Aral kəndlərində tibbi aksiya: 54 nəfər müayinə olunub
Oromandibulyar distoniya nədir?
Diabet və böyrəklər: səssiz təhlükə