ATU rezidentlərinin pediatriya üzrə elmi tədqiqatı beynəlxalq platformada yer alıb  
28.09.2026 15:24

Azərbaycan Tibb Universitetinin (ATU) həkim-rezidentlərinin fəal iştirakı ilə hazırlanmış növbəti elmi tədqiqat işi pediatriya sahəsində beynəlxalq nüfuzlu, “Web of Science” (SCIE) bazasında indekslənən “The Turkish Journal of Pediatrics” jurnalında (Q3) dərc olunub. 

 

Universitetdən Aztibb.az-a bildirilib ki, “Genotype–phenotype divergence in pediatric familial Mediterranean fever across two closely related populations: a Türkiye–Azerbaijan comparison” (“Yaxın qohum iki populyasiyada pediatrik Ailəvi Aralıq Dənizi Qızdırmasında genotip-fenotip fərqliliyi: Türkiyə-Azərbaycan müqayisəsi”) adlı məqalə Türkiyə və Azərbaycanda uşaqlarda Ailəvi Aralıq Dənizi Qızdırmasının (FMF) klinik və genetik xüsusiyyətlərinin müqayisəsinə həsr olunub. 

 

Tədqiqat çərçivəsində ümumilikdə 549 pediatrik FMF xəstəsinin, o cümlədən 72 azərbaycanlı və 477 türkiyəli pasiyentin klinik və genetik göstəriciləri təhlil edilib. Araşdırmada MEFV gen mutasiyaları, xəstəliyin klinik xüsusiyyətləri və kolxisin müalicəsinə cavab göstəriciləri müqayisəli şəkildə öyrənilib.

 

Tədqiqatın aparılmasında və məlumatların toplanılmasında ATU rezidentləri Gövhər Verdiyeva və Leyla Sahratova ilə yanaşı, müxtəlif tibb müəssisələrini təmsil edən digər tədqiqatçılar da iştirak ediblər.
 

ÇOX OXUNANLAR
 LOR cərrah Səma Səfərova Xətai Tibb Mərkəzində fəaliyyətə başlayıb   
İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyi arasında Memorandum imzalanıb
Bəxtiyar İsmayılov səhiyyə nazirinin müavini təyin edilib
Ağciyərin sağlamlığını qorumağın ən mühüm yollarından biri tütün məhsullarından uzaq durmaqdır
 Uşaq evlərinin sakinləri üçün tibbi müayinələr təşkil olunub   
 Yeni Klinikada ABADD rəhbərliyi ilə canlı tibbi konsilium keçirilib   
 ATU rezidenti Belqradda SLEuro-nun beynəlxalq seminarda iştirak edib   
Nizami Tibb Mərkəzində fəaliyyət göstərən könüllülərlə görüş keçirilib
 “Ürəyinin ritmini tut!” devizi altında elmi-praktiki seminar keçirilib
 Qəbələ RMX-da maarifləndirici təlim: “Yenidoğulmuşlarda reanimasiya tədbirləri”    
 Tovuzun ucqar dağ kəndi Kirəndə səyyar tibbi müayinə keçirilib
Ağdaşın Birinci Aral və İkinci Aral kəndlərində tibbi aksiya: 54 nəfər müayinə olunub
Oromandibulyar distoniya nədir?
Diabet və böyrəklər: səssiz təhlükə