ATU-da süni intellekt üzrə yeni mərhələ: əməkdaşlar beynəlxalq təlimləri başa vurdular
24.09.2026 16:44

Azərbaycan Tibb Universitetinin (ATU) Tibbi və bioloji fizika kafedrasının əməkdaşları müasir tədqiqat metodları, data analitikası, coğrafi informasiya sistemləri və süni intellekt texnologiyaları üzrə beynəlxalq layihə çərçivəsində keçirilən təlim proqramlarını uğurla başa vurublar.

 

ATU-dan Aztibb.az-a bildirilib ki, kafedrada gənc mütəxəssislərin davamlı peşəkar inkişafının dəstəklənməsi, onların müasir elmi-tədqiqat metodlarına yiyələnməsi, data analitikası və süni intellekt texnologiyalarının elmi fəaliyyətə inteqrasiyası istiqamətində məqsədyönlü iş aparılır. Həmçinin perspektivli əməkdaşların müvafiq təlim proqramlarına cəlb olunması və əldə etdikləri biliklərin gələcəkdə kafedranın elmi layihələrində, eləcə də Data-analitika və Süni intellekt laboratoriyasının fəaliyyətində tətbiqi nəzərdə tutulur.

 

Tibbi və bioloji fizika kafedrasının müdiri, dosent İsmayıl Qafarov bildirib ki, əməkdaşların bu istiqamətdə hazırlığı kafedranın və laboratoriyanın gələcək elmi fəaliyyətinin inkişaf hədəfləri ilə birbaşa əlaqəlidir.

 

Kafedra müdiri qeyd edib ki, bu gün elmi tədqiqatların inkişafını data analitikası və süni intellekt texnologiyalarından ayrı təsəvvür etmək çətindir: “Məqsədimiz yalnız yeni texnologiyalardan istifadə etmək deyil, onları mənimsəyən, nəticələri düzgün təhlil və interpretasiya edə bilən mütəxəssislər yetişdirməkdir. Kafedramızda yeniliklərə açıq, öyrənməyə və peşəkar inkişaf etməyə həvəsli gənc əməkdaşların olması bizim üçün böyük üstünlükdür. Onların yay aylarında bu təlimlərdə iştirakı da gələcək fəaliyyətimiz nəzərə alınmaqla məqsədyönlü şəkildə təşviq edilib. Əldə etdikləri bilik və praktiki bacarıqların elmi-tədqiqat işlərində tətbiqini və gələcəkdə həmin əməkdaşların Data-analitika və Süni İntellekt Laboratoriyasının layihələrinə mərhələli şəkildə cəlb olunmasını nəzərdə tuturuq”.

 

Qeyd edək ki, kafedranın müəllimi Şəbnəm Hacıyeva, baş laborantlar Kəmalə Kərimova, Türkan Rüstəmli və Günəş Nağızadə Cənubi Koreya Səfirliyi və Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin birgə layihəsi çərçivəsində təşkil olunan təlim proqramlarında iştirak edərək müvafiq sertifikatlar əldə ediblər.

 

Bundan əlavə, sözügedən əməkdaşlar süni intellekt üzrə keçirilən təlimlərdə də iştirak edərək müvafiq proqramı müvəffəqiyyətlə başa vurublar.

 

Təlimlər çərçivəsində əldə olunan bilik və praktiki bacarıqların tibbi və bioloji verilənlərin analizi, elmi nəticələrin işlənilməsi və təqdimatı, həmçinin multidissiplinar tədqiqat layihələrinin həyata keçirilməsi zamanı tətbiqi planlaşdırılır.

ÇOX OXUNANLAR
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
Ümumdünya Ağciyər Gününə həsr olunmuş ÖDƏNİŞSİZ MÜAYİNƏ AKSİYASI
“Gənc Tibb İşçilərinin Konfransı” layihəsi Qərb bölgəsində davam etdirilib
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-nin “Telesəhər” proqramına müsahibə verib
Sabunçu Gənclər Evində “Sülh aylığı” çərçivəsində tədbir keçirilib
İki yeni mütəxəssis Elmi-Tədqiqat Kardiologiya İnstitutunda fəaliyyətə başlayıb
Naxçıvanda orta tibb işçiləri üçün keçirilən sertifikasiya imtahanının nəticələri açıqlanıb
Ümumdünya Ürək Gününə həsr olunmuş seminar və “Minimal İnvaziv Mitral Qapaq Təmiri” kursu keçiriləcək
 ATU nümayəndəsi Tailandda sərhədyanı səhiyyə üzrə beynəlxalq təlimdə Azərbaycanı uğurla təmsil edib   
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda doktoranturaya qəbul üzrə imtahan keçirilib
ADHTİ ilə “Azena Creative Agency” arasında tərəfdaşlıq əlaqələri qurulub
Tədris Cərrahiyyə Klinikasında yeni doğulmuş körpə üzərində mürəkkəb əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında eyni gündə iki böyrək transplantasiyası