Yardımlı RMX əməkdaşı rəqəmsal səhiyyə üzrə beynəlxalq proqramı başa vurub
29.09.2026 11:48

Yardımlı Rayon Mərkəzi Xəstəxanasının əməkdaşı Ceyhun Adışlı "Pan American Health Organization" (PAHO) tərəfindən təşkil olunan “Series I of Certifiable Webinars on Digital Health – 2025” proqramını uğurla başa vurub.

 

Aztibb.az xəbər verir ki, PAHO-nun "Virtual Campus for Public Health" platformasında keçirilən proqram rəqəmsal səhiyyə sahəsində bilik və bacarıqların inkişaf etdirilməsinə yönəlib. Proqramın tələblərini uğurla tamamlayan Ceyhun Adışlıya müvafiq sertifikat təqdim olunub.

 

Müasir səhiyyə sistemində rəqəmsal həllərin tətbiqi, məlumatların effektiv idarə olunması və tibb işçilərinin bu istiqamətdə bilik və bacarıqlarının davamlı inkişaf etdirilməsi mühüm əhəmiyyət daşıyır.

 

Yardımlı Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, əməkdaşların beynəlxalq təhsil və peşəkar inkişaf imkanlarından yararlanması, əldə etdikləri bilik və təcrübənin müəssisənin rəqəmsal inkişafına və tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsinə yönəldilməsi dəstəklənir.

 

 

ÇOX OXUNANLAR
 LOR cərrah Səma Səfərova Xətai Tibb Mərkəzində fəaliyyətə başlayıb   
İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyi arasında Memorandum imzalanıb
Bəxtiyar İsmayılov səhiyyə nazirinin müavini təyin edilib
Ağciyərin sağlamlığını qorumağın ən mühüm yollarından biri tütün məhsullarından uzaq durmaqdır
 ATU rezidenti Belqradda SLEuro-nun beynəlxalq seminarda iştirak edib   
 Yeni Klinikada ABADD rəhbərliyi ilə canlı tibbi konsilium keçirilib   
 Uşaq evlərinin sakinləri üçün tibbi müayinələr təşkil olunub   
Nizami Tibb Mərkəzində fəaliyyət göstərən könüllülərlə görüş keçirilib
 “Ürəyinin ritmini tut!” devizi altında elmi-praktiki seminar keçirilib
 Tovuzun ucqar dağ kəndi Kirəndə səyyar tibbi müayinə keçirilib
Ağdaşın Birinci Aral və İkinci Aral kəndlərində tibbi aksiya: 54 nəfər müayinə olunub
 Qəbələ RMX-da maarifləndirici təlim: “Yenidoğulmuşlarda reanimasiya tədbirləri”    
Oromandibulyar distoniya nədir?
Diabet və böyrəklər: səssiz təhlükə