Yeni tədris ilinin ilk startap tədbiri keçirilib
24.09.2026 10:13

Azərbaycan Tibb Universitetində (ATU) yeni tədris ilinin ilk startap tədbiri keçirilib. 

 

Bu barədə Aztibb.az-a Universitetdən xəbər verilib.

 

Bildirilib ki, tədbirin əsas məqsədi tələbələri startap ekosistemi, innovativ ideyaların formalaşdırılması və tibbi sahədə yeni layihələrin yaradılması imkanları barədə məlumatlandırmaq, onları sahibkarlıq və innovasiya fəaliyyətinə təşviq etmək olub. 

 

Görüşdə UP Medical MMC-nin təsisçi-direktoru, IPMA B səviyyəli layihə meneceri Elnur Əliyev tələbələrlə görüşərək startap anlayışı, tibbi sahədə startapların inkişaf perspektivləri və startapların formalaşmasında düzgün sual verməyin əhəmiyyəti barədə ətraflı məlumat verib. 

 

İnteraktiv formatda keçirilən görüş zamanı tələbələr mövzu ilə bağlı suallarını ünvanlayıb, fikir və təcrübə mübadiləsində iştirak ediblər. Qarşılıqlı müzakirələr tələbələrin startap və innovasiya sahəsinə marağının artırılmasına, yeni ideyaların formalaşmasına və onların həyata keçirilməsi imkanlarının müzakirəsinə şərait yaradıb. 

 

ATU Startap çərçivəsində qarşıdakı dövrdə tələbələrin innovativ ideyalarının dəstəklənməsi, faydalı görüşlərin keçirilməsi və yeni layihələrin həyata keçirilməsi istiqamətində müxtəlif tədbirlərin təşkili nəzərdə tutulur.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
Ümumdünya Ağciyər Gününə həsr olunmuş ÖDƏNİŞSİZ MÜAYİNƏ AKSİYASI
“Gənc Tibb İşçilərinin Konfransı” layihəsi Qərb bölgəsində davam etdirilib
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-nin “Telesəhər” proqramına müsahibə verib
Sabunçu Gənclər Evində “Sülh aylığı” çərçivəsində tədbir keçirilib
İki yeni mütəxəssis Elmi-Tədqiqat Kardiologiya İnstitutunda fəaliyyətə başlayıb
Naxçıvanda orta tibb işçiləri üçün keçirilən sertifikasiya imtahanının nəticələri açıqlanıb
Ümumdünya Ürək Gününə həsr olunmuş seminar və “Minimal İnvaziv Mitral Qapaq Təmiri” kursu keçiriləcək
 ATU nümayəndəsi Tailandda sərhədyanı səhiyyə üzrə beynəlxalq təlimdə Azərbaycanı uğurla təmsil edib   
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda doktoranturaya qəbul üzrə imtahan keçirilib
ADHTİ ilə “Azena Creative Agency” arasında tərəfdaşlıq əlaqələri qurulub
Tədris Cərrahiyyə Klinikasında yeni doğulmuş körpə üzərində mürəkkəb əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında eyni gündə iki böyrək transplantasiyası