Türkiyəli professor ATU-da üzvi kimya üzrə mühazirə oxuyub  
25.09.2026 15:57

Türkiyənin Tokat Qazi Osmanpaşa Universitetinin professoru Esra Koç akademik mübadilə proqramı çərçivəsində Azərbaycan Tibb Universitetində (ATU) olub. 

 

ATU-dan Aztibb.az-a bildirilib ki, səfər çərçivəsində türkiyəli professor ATU-nun Əczaçılıq toksikologiyası və kimya kafedrasının professor-müəllim heyəti və tələbələri üçün üzvi kimya mövzusunda mühazirə ilə çıxış edib. 

 

Mühazirə zamanı üzvi kimyanın müxtəlif istiqamətləri, sahə üzrə aktual elmi məsələlər və müasir yanaşmalar barədə ətraflı məlumat verilib. Təqdimatın ardından iştirakçıların sualları cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb. 

 

Görüş akademik mübadilə və elmi əməkdaşlığın inkişafı baxımından da əhəmiyyət daşıyıb. Qeyd olunub ki, bu cür proqramlar ali təhsil müəssisələri arasında akademik mobilliyin təşviqinə, elmi əlaqələrin genişləndirilməsinə, professor-müəllim heyəti və tələbələrin bilik və təcrübə mübadiləsinin gücləndirilməsinə imkan yaradır.

ÇOX OXUNANLAR
 LOR cərrah Səma Səfərova Xətai Tibb Mərkəzində fəaliyyətə başlayıb   
İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyi arasında Memorandum imzalanıb
Bəxtiyar İsmayılov səhiyyə nazirinin müavini təyin edilib
Ağciyərin sağlamlığını qorumağın ən mühüm yollarından biri tütün məhsullarından uzaq durmaqdır
 Yeni Klinikada ABADD rəhbərliyi ilə canlı tibbi konsilium keçirilib   
 ATU rezidenti Belqradda SLEuro-nun beynəlxalq seminarda iştirak edib   
 Uşaq evlərinin sakinləri üçün tibbi müayinələr təşkil olunub   
 “Ürəyinin ritmini tut!” devizi altında elmi-praktiki seminar keçirilib
 Qəbələ RMX-da maarifləndirici təlim: “Yenidoğulmuşlarda reanimasiya tədbirləri”    
 Tovuzun ucqar dağ kəndi Kirəndə səyyar tibbi müayinə keçirilib
Ağdaşın Birinci Aral və İkinci Aral kəndlərində tibbi aksiya: 54 nəfər müayinə olunub
Oromandibulyar distoniya nədir?
Diabet və böyrəklər: səssiz təhlükə
Uşağın tez-tez xəstələnməsi normaldırmı, yoxsa zəif immunitetin göstəricisidir?