Qamaleya Mərkəzi legionellyoz epidemiyası riskini dəyərləndirdi
06.08.2026 11:44

 

Qamaleya adına Milli Epidemiologiya və Mikrobiologiya Tədqiqat Mərkəzi bildirib ki, legionellyoz halları nadir aşkarlansa da, bu, xəstəliyin olmaması ilə deyil, diaqnostikasının zəif aparılması ilə bağlıdır. İsveçrənin Bazel şəhərində legionellyoz xəstəliyinin yayılması bu infeksiyanın Avropada geniş epidemiyaya çevriləcəyi və turistlər vasitəsilə digər ölkələrə də gətiriləcəyi anlamına gəlmir.

 

Aztibb.az "Life" portalına istinadən yazır ki, infeksionist, tibb elmləri doktoru, Qamaleya adına Milli Epidemiologiya və Mikrobiologiya Tədqiqat Mərkəzinin aparıcı elmi işçisi Vladimir Beloborodov bu barədə müsahibəsində məlumat verib.

 

Onun sözlərinə görə, legionellyozun ayrı-ayrı halları və lokal alovlanmaları müxtəlif ölkələrdə baş verə bilər. Lakin infeksiya demək olar ki, insandan insana keçmir. Buna görə də qrip və ya COVID-19 kimi genişmiqyaslı epidemiyanın yaranması ehtimalı çox aşağıdır.

 

"Legionellyoz bütün dünyada mövcuddur. Sadəcə, bu xəstəlik kifayət qədər yaxşı diaqnostika olunmur. Xəstəlik bağırsaq infeksiyası əlamətləri ilə müşayiət olunan pnevmoniya şəklində keçə bilər. Klinik baxımdan onu digər mənşəli pnevmoniyalardan ayırmaq olduqca çətindir. Legionella antigenini müəyyən edən standart sidik testi mövcuddur. 

 

Mütəxəssis qeyd edib ki, legionellyoz Legionella bakteriyaları tərəfindən törədilir. Bu bakteriyalar isti və durğun suda sürətlə çoxala bilir. Təhlükə yoluxmuş suyun xırda aerozol damcılarına çevrilərək tənəffüs yollarına daxil olması zamanı yaranır.

 

İnfeksiya mənbələri arasında duş sistemləri, cakuzi vannaları, fəvvarələr, hava nəmləndiriciləri və su ilə soyutma sistemi işləyən sənaye soyuducu qüllələri (gradirnalar) yer alır.

 

Ekspert vurğulayıb ki, adi məişət kondisionerləri legionellaların tipik mənbəyi hesab edilmir. Risk əsasən daxilində su olan, bakteriyaların çoxalması üçün uyğun temperatur və şərait yaradan avadanlıqlarla əlaqədardır.

ÇOX OXUNANLAR
İnsan orqanizmi hansı səbəbdən iki əsas mərhələdə qocalır - Alimlər müəyyənləşdiriblər
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
Anestezioloq-reanimatoloq Emil Muradov -
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
Ümumi cərrah Mübariz Mahmudov evində ziyarət edilib
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
 Saatlı RMX-da tanınmış cərrah Əhədağa Soltanovun 75 illik yubileyi qeyd edilib   
Laçında “Hiperqlikemik və hipoqlikemik komalar zamanı yardım” mövzusunda təlim keçirilib
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
Müasir neyrocərrahiyyə yanaşmalarını daim izləyən və peşəkar inkişafını davam etdirən həkim - Toğrul Qasımlı
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
Yüksəkixtisaslı anestezioloq-reanimatoloq Xəyal Məmmədov - Həkimlərimizi tanıyaq!
TƏBİB beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görüşləri davam etdirir
8 saatlıq mikrocərrahi əməliyyat - Səhiyyə Nazirliyinin həkimləri 3 yaşlı uşağın qopmuş əlini bərpa etdi