Siqaret tullantısı təhlükəli bakteriyaların yayılmasına kömək edir - Araşdırma
06.03.2025 10:40

Siqaret tüstüsü və kötüklərindən çıxan zəhərli maddələr antibiotiklərə davamlı bakteriyaların böyüməsini və yayılmasını təşviq edərək, həm ətraf mühitə və sağlamlığa təhlükə yaradır.

 

Aztibb.az xəbər verir ki, "Environmental Health Perspectives" jurnalında araşdırma dərc etdirən Drezden Texnologiya Universitetinin alimləri belə nəticəyə gəliblər.

 

Tədqiqatın müəlliflərinin fikrincə, siqaret filtrləri suya daxil olanda təhlükəli mikroorqanizmlərin yuvasına çevrilir. Siqaret kötüklərində yaşayan bakteriya koloniyaları antibiotiklərə davamlı olur və sonra çaylar, göllər və çimərliklər vasitəsilə yayılaraq insanlar üçün təhlükə yaradır.

 

Siqaretin təhlükəsi təkcə ətraf mühitin çirklənməsində deyil. Təcrübələr göstərib ki, siqaret çəkənlərin özləri ağciyərlərində bakteriyalar arasında müqavimət genlərinin ötürülməsini asanlaşdıran şərait yaradırlar. Bu, pnevmoniya kimi yoluxucu xəstəliklərin müalicəyə davamlı olma ehtimalını artırır.

 

Alimlər vurğulayırlar ki, bu cür dəyişikliklər standart terapiyaya cavab verməyən ölümcül infeksiyaların sayının artmasına səbəb ola bilər. Onlar davamlı bakteriyaların yayılmasını yavaşlatmaq üçün siqaret tullantılarının atılmasına daha sərt nəzarət etməyə çağırırlar.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır