Hamilə qadının orqanizmi on minlərlə əlavə kalori tələb edir
29.06.2024 10:00

Duke Universitetinin (ABŞ) təkamül antropologiyası və qlobal sağlamlıq professoru Herman Pontzer hamiləliyin normal davam etməsi üçün qadınların doqquz ay davam edən hamiləliyinin bütün dövründə 50-85 min aralığında əlavə kalori istehlak etməli olduğunu vurğulayıb.

Aztibb.az xəbər verir ki, bu məlumatı“Life Science”yayıb.

Mikroskopikdən iri məməlilərə qədər 81 növ orqanizmdə çoxalma xüsusiyyətlərini qiymətləndirən Avstraliyanın Monaş Universitetinin alimlərinin araşdırmasına görə, 50 min kaloridən yalnız təxminən 4% hüceyrə bölünməsi yolu ilə dölün böyüməsinə ayrılır. Qalan kalorilər hamiləlik dövründə qadın orqanizminin müxtəlif ehtiyaclarını ödəməyə, məsələn, çəki qazanarkən hərəkəti davam etdirməyə yönəldilir.

Baylor Tibb Kollecinin (ABŞ) pediatriya və qidalanma sahəsinin mütəxəssisləri də daxil olmaqla digər tədqiqatçılar, birinci trimestrdə gündə 90, ikinci trimestrdə 287 və üçüncüdə 466 kalori əlavə etmək zərurəti ilə 77,675 kaloriyə qədər istehlak edilməli olduğunu göstəriblər.

Penninqton Biotibbi Tədqiqat Mərkəzinin alimləri bütün hamiləlik dövründə 84,700 min əlavə kalori kimi daha əhəmiyyətli bir rəqəm irəli sürüblər. Bununla belə, professor Pontzer vurğulayıb ki, əlavə kalorilərin dəqiq miqdarı gələcək ananın çəkisi, boyu, fiziki fəaliyyət səviyyəsi və metabolik xüsusiyyətləri kimi fərdi xüsusiyyətlərindən asılı olaraq dəyişə bilər.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev