Miozit - Qəfildən tutan, ağrılı əzələ xəstəliyi
27.05.2024 13:32

Hər bir insan həyatında ən az bir dəfə olsun boyun, çiyin və ya beldə ağrı keçirir. Bu ağrıların çoxalması mütəmadi soyuqlamadan irəli gələrək dahada mürəkkəbləşir.

Aztibb.az xəbər verir ki, ekspertlər miozitin bir və ya iki skelet əzələsində meydana gələn iltihablı proses olduğunu bildirilər.

Soyuqlama - əzələ zəifləməsi və ağrı ilə müşahidə olunan, orqanizmdə qripdən və ya parazitlərdən sonra qalan infeksional xəstəliklərin təzahürüdür. Həmçinin, miozitin yaranmasına adı yel alma səbəb ola bilər, hansı ki orqanizmin immun sistemi zəifdir.

Əzələlərin bu cür miozitə tutulmasını digər xəstəliklərin simptomları ilə qarışdırmaq mümkündür. Onurğa sütununun fəqərə arası disk yırtığı zamanı, ginekoloji problemlər, böyrək və mədə altı vəzinin xəstəlikləri zamanıda boyun, çiyin həmçinin onurğa sütununun aşağı nahiyyələrinə ağrı ötürə bilir.

Buna görə ağrının təbiətini dəqiq və doğru bir şəkildə təyin etmək çox vacibdir və yalnız diaqnoz qoyulduqdan sonra miozitlərin müalicəsi başlanmalıdır. Bel nahiyyəsinin əzələ miozitləri bel ağrısının ən çox yayılmış səbəblərindən biridir, bu tip ağrı sızıldıyan daimi xarakter daşıyır və istirahət mövqeyində sakit halda belə ağrını hiss etmək olur.

Boyun mioziti boyunun bir tərəfindən dartma ağrısı ilə ortaya çıxır və ağrı başın arxasına vurur, həmçinin qulaqdan çiyinə yayıla bilir. Hər növ miozitin tamamilə müalicəsi mümkündür, lakin müalicəni, nevroloq və ya terapevt təyin etməlidir. Əgər müalicə düzgün başlamasa və ya müalicə olunmazsa (məsələn, ev şəraitində əks gööstərişli istiləşdirici mazlardan istifadə olunsa), xəstəlik daha da inkişaf edəcəkdir.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama