Uşaqlarınızda bu əlamətlər varsa mütləq oftalmoloqa müraciət edin
12.05.2024 12:36

Körpələrdə doğuşdan sonrakı ilk 15 gündə ifrazat və qanama əmələ gələ bilər. Başlama günü, ifrazatın rəngi və təbiəti vacibdir. Müalicəni oftalmoloq başlamalıdır. 1-2 aydan sonra olan qızartı və ifrazat xüsusi müalicə tələb etmir. 1 və ya 2 gündən çox davam edərsə, damcılardan istifadə etməyiniz lazım ola bilər.


Aztibb.az Dünyagöz Xəstəxanalar Qrupunun saytına istinadən xəbər verir ki, gözün qızarması bəzən buynuz qişa ilə əlaqəli bir vəziyyətdir və əgər körpə gözlərini qıyırsa, yaxud gözdə yaşarma varsa, mütləq oftalmoloqa müraciət etmək lazımdır.


Göz Yaşarması


Doğulandan dərhal sonra və ya 2 həftə ərzində başlayan gözlərin birtərəfli və ya ikitərəfli yaşarması gözyaşı kanallarının tıxanması və ya stenozu ilə əlaqəli ola bilər. Tıxanma tam olarsa, yaşarma çox vaxt ifrazatla müşayiət oluna bilər. Adətən, bu vəziyyətdə yaşarma gözlərin qızarması ilə müşayiət olunmur. Gözdə ifrazat varsa, təmizlənməsi və müalicəsi üçün uyğun damcılarla birlikdə kanalın açılması üçün uyğun bir masaj edilməlidir. Ümumiyyətlə, bu vəziyyət ilk 6 ay ərzində masajla yox olur. Yaşarma 1 yaşına qədər davam edərsə və tez -tez ifrazat görülürsə, kanal açma müalicəsi tətbiq edilir.


Çəpgözlük


Çəpgözlük gözlərinin paralelliyinin itməsidir. Hər gözdə 6 ekstraokulyar əzələ var. Bu əzələlərdən biri və bir neçəsi daha güclü və ya daha zəif olduğu zaman çəpgözlük yaranır. Bir göz düz baxarkən, digər göz daxilə, xaricə, yuxarı və ya aşağı baxa bilər. Bəzi hallarda hər iki gözdə sürüşmə var. Çəpgözluk səbəbindən asılı olaraq davamlı və ya müvəqqəti ola bilər. Çəpgözlüyün tək səbəbi yoxdur. Çəpgözluk müxtəlif səbəblərdən meydana gələ bilər.


Çəpgözlük müalicəsində erkən diaqnoz çox vacibdir. İlk göz müayinəsinə gec gəldikdə, uşaqların gözlərindəki estetik problemləri ilə yanaşı ömür boyu görmə problemləri meydana gələ bilər. Uşaqların doğuşdan dərhal sonra və uşaqlıq dövründə gözdən şikayətləri olmasa belə, mütəmadi olaraq oftalmoloq tərəfindən müayinə olunmalıdır.


Uşaqlarda rast gəlinən digər göz xəstəlikləri:

 

Sındırma qüsurları

Göz qapaqları xəstəlikləri

Katarakta

Buynuz qişa xəstəlikləri

Glaukoma

Travma

Torlu qişa və görmə sinirin xəstəlikləri

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Hövsan Sağlamlıq Mərkəzinin baş həkimi təltif olunub
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
ATU-da yeni qəbul olunan rezidentlərlə müqavilələr imzalanıb
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Anestezioloq-reanimatoloq Emil Muradov -
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Şirvan Mərkəzi Xəstəxanasında hemofiliya ilə bağlı elmi-praktik seminar keçirilib
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
AQTA-nın KOB evlərində xidmət göstərən əməkdaşları üçün təlim təşkil olunub
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər