Azərbaycanlı həkimlərin videomüraciətini dünya izləyir
01.05.2024 11:06

Azərbaycanlı həkimlər Beynəlxalq Pediatrlar Assosiasiyasının (İPA) Dünya İmmunlaşdırma Həftəsi çərçivəsində təşkil etdiyi kampaniyaya qoşularaq videomüraciət ediblər.

Aztibb.az xəbər verir ki, "IPA World Immunization Week 2024" videokampaniyasına müxtəlif millətlərdən olan 50-dən çox pediatr və peyvənd sayəsində sağlamlığına qovuşmuş uşaqlar - "peyvənd çempionları" qoşulublar.

Qeyd olunan kampaniyada Azərbaycan Pediatrlar Assosiasiyasının üzvü olan 6 azərbaycanlı həkimə də peyvəndlə bağlı müracət imkanı verilib.

IPA prezidenti Dr. Naven Takerin müraciəti ilə başlayan videoda APA -nın sədri, tibb üzrə fəlsəfə doktoru, dosent Təranə Tağı-zadə, tibb üzrə fəlsəfə doktorları - Ülviyyə Hacıyeva,  Lalə Hidayətova, Fəxriyyə Məmmədova,  pediatr-reanimatoloqlar - Telman Aytayev və Qoşqar İsmayılovun da müracətləri təqdim edilib.

Videomüraciət youtub kanalında paylaşılıb:

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib