Elektron siqaretə görə cərimələnmə bu dəfə valideynlər tərəfindən təklif edildi
21.04.2024 10:19

Moskvada məktəb direktorları azyaşlılara vap (elektron siqaret) satışına görə məsuliyyətin artırılmasına yönəlmiş təşəbbüsləri dəstəkləyiblər.


Aztibb.az “Life” portalına istinadən xəbər verir ki, dəyişikliklər növbəti ilin yanvarın 1-dən qüvvəyə minə bilər. Tədqiqatlar göstərir ki, vapinq adi siqaretlər qədər sağlamlığa zərərlidir.


“Bu cihazların mövcudluğu, onların qadcetlərə oxşarlığı və xoş zövq verməsi onları çox cəlbedici edir, o cümlədən uşaqlar üçün, tütünlə bağlı bütün məhdudiyyətlər onlara da şamil edilməlidir", - kimi tələb valideynlər tərəfindən irəli sürülüb.


Şəhərin bir sıra məktəblərində elektron siqaretin zərərləri ilə bağlı dərslər və mühazirələr keçirilir. Amma yalnız hökumətlə cəmiyyətin birgə işi səmərəli ola bilər.


Belə bir təşəbbüs irəli sürülüb ki, siqaretin sağlamlığa zərərli olması barədə xəbərdarlıq birbaşa vaping cihazlarına tətbiq edilməlidir. Bundan əlavə, Rusiyanın bir neçə partiyası nikotinsiz və nikotinli siqaretlərin pərakəndə satışının tam qadağan edilməsi haqqında qanun layihəsi hazırlayıblar.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev