Böyrəyində nəhəng anevrizması olan 8 yaşlı uşaq xilas edilib
13.04.2024 07:01

Rusiya Federasiyası Səhiyyə Nazirliyinin Rusiya Uşaq Klinik Xəstəxanasında (RDÇ) böyrəyində çoxlu iri anevrizma olan uşağı əməliyyat ediblər.


Aztibb.az “Gazeta” nəşrinə istinadən xəbər verir ki, Murmansk vilayətinin 8 yaşlı sakini baş ağrılarından əziyyət çəkməyə başlayıb, ürəkbulanma və qusma yaranıb, qan təzyiqi pozulub.


Uşağın valideynlərinin həkimə mürəciətindən sonra müəyyən edilib ki, sağ böyrək arteriyası çoxsaylı iri anevrizma nəticəsində zədələnib. Onların qopması riski səbəbindən uşağa təcili cərrahi müalicə tələb olunub.


Yerli həkimlər uşağı Moskvaya göndəriblər. Paytaxtdakı Rusiya Uşaq Klinik Xəstəxanasında həkimlər anevrizmaların ölçüsü arteriyadan bir neçə dəfə böyük olduğu üçün balaca xəstənin ciddi təhlükədə olduğunu müəyyən ediblər. Anevrizma yırtılırsa, nəticə ölümcül olardı. Cərrahlar əməliyyat zamanı böyrəyi xilas etməyə çalışacaqlarına qərar veriblər.


Bütün lazımi manipulyasiyaları həyata keçirmək üçün orqan uşağın bədənindən çıxarılıb.


Həkimlər bütün anevrizmalardan xilas ola biliblər. Gənc xəstə hazırda özünü yaxşı hiss edir.

 

Qeyd edək ki, böyrək arteriyasının anevrizması renal damar divarının qabarmasıdır. Həqiqi və psevdoanevrizmalar müşahidə edilir. Erkən mərhələlərdə simptomsuz gedir, anevrizmanın ölçüləri böyüdükcə bel nahiyəsində ağrı və ümumi intoksikasiya əlamətləri yaranır, sidik-ifrazat sisteminin funksiyaları pozulur.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib