İnfeksionist: "İnsanların sosial məsuliyyətsizliyi koronavirusa yoluxma sayının artmasına gətirib çıxarıb"
02.11.2020 12:12

“İnsanların sosial məsuliyyətsizliyi, qaydalara əməl etməməsi koronavirusa yoluxma sayının artmasına gətirib çıxarıb. Bununla da son 1-2 ayın məsuliyyətsizliyinin nəticəsini biz bu gün yaşayırıq”.  

 

Aztibb.az xəbər verir ki, bunu APA-ya TƏBİB-in İnfeksion xəstəliklər üzrə İşçi qrupunun üzvü Natiq Əliyev deyib. O, bildirib ki, mütləq şəkildə ön cəbhəni düşünüb arxa cəbhədə bir olmalıyıq ki, ön cəbhədəkilərin fikri arxada qalmasın: “Əsgərlərlə görüşlərin olması onları risk faktoruna uğradır. Əks-hücum hərəkətində olan bir dövlətik, bunu düşünərək əsgərlərlə görüşləri məhdudlaşdırmaq və görüşlər olduğu təqdirdə qaydalara mütləq əməl etmək lazımdır”. 

 

N.Əliyev qeyd edib ki, payız-qış fəslində kəskin respirator və bakterial virus infeksiyaları artır: “İndiki nəticələr də onu deyir. Qış aylarında isə digər bakterial infeksiyaların işə qarışması və pik həddə çatması ilə immun sistemimizin zəifləməsi və yoluxma hallarının artması  gözlənilir”.

 
Həkimin sözlərinə görə, virusa yoluxmamaq üçün immun sistemini qaldıracaq dərman preparatları yoxdur. O, bildirib ki, immun sistemimizi düzgün qidalanma (mövsümi, vitaminli qidalardan istifadə), yuxu və maye balansına əməl etməklə yüksək tutmaq olar.

 

“Hazırda virusa yoluxanlar arasında 35 yaşdan başlayaraq 60 yaşa qədər şəxslər çoxdur. Ortalama isə yoluxma 40-50 yaş arasındadır”,- deyə N.Əliyev əlavə edib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub