Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 13:00
Aztibb.az-ın “Həkimlərimizi tanıyaq!” rubrikasında Mərkəzi Gömrük Hospitalının Cərrahiyyə və Orqan Transplantasiyası şöbəsinin cərrah-transplantoloqu Kamran Beydullayevi təqdim edirik.
Kamran Beydullayev 1996-cı ildə Azərbaycan Tibb Universitetini fərqlənmə diplomu ilə bitirib. Ali tibb təhsilindən sonra ümumi cərrahiyyə üzrə internatura keçərək peşəkar fəaliyyətinə başlayıb.
2002–2007-ci illərdə Səudiyyə Ərəbistanında yerləşən Prince Nasir Bin Saad Al Sudairi Hospitalında cərrah-rezident kimi çalışıb. 2007-ci ildə imtahanları uğurla verərək İngiltərə Kral Cərrahlar Kollecinin ümumi cərrahiyyə diplomunu əldə edib.
Peşəkar inkişafını davam etdirən Kamran həkim 2008–2009-cu illərdə Türkiyənin İzmir şəhərində orqan transplantasiyası üzrə təlim keçib. Beynəlxalq təcrübə onun transplantasiya sahəsində bilik və bacarıqlarının daha da təkmilləşməsində mühüm rol oynayıb.
Kamran Beydullayev 2007–2018-ci illərdə özəl tibb müəssisəsinin Orqan Transplantasiyası şöbəsində həkim-cərrah kimi fəaliyyət göstərib. 2018-ci ildən etibarən isə Mərkəzi Gömrük Hospitalının Cərrahiyyə və Orqan Transplantasiyası şöbəsində cərrah-transplantoloq kimi çalışır.
O, Mərkəzi Gömrük Hospitalında canlı və meyit donordan böyrək və qaraciyər transplantasiyası, öd kisəsi və öd yollarının cərrahiyyəsi, mədəaltı vəzinin cərrahi müalicəsi, mədə, nazik və yoğun bağırsaq əməliyyatları, proktoloji əməliyyatlar, yırtıqların cərrahi müalicəsi, endokrin vəzilər və böyrəküstü vəzi əməliyyatlarını tibbi göstərişlərdən asılı olaraq açıq və ya laparoskopik üsulla icra edir.
Kamran Beydullayev Azərbaycanda ilk dəfə canlı donordan böyrək transplantasiyası əməliyyatlarında donorun əməliyyatını laparoskopik (qapalı) üsulla icra edərək ölkə səhiyyəsində mühüm yeniliyə imza atıb.
2025-ci ilin fevral ayında isə o, qaraciyər transplantasiyası zamanı meyit donordan qaraciyərin götürülməsi, daha sonra isə meyit donordan böyrəyin götürülərək canlı resipiyentə köçürülməsi ilə bağlı əməliyyatlarda iştirak edərək Azərbaycan səhiyyə tarixində mühüm bir ilkə imza atıb. Bu nailiyyətlər transplantologiya sahəsində müasir cərrahi yanaşmaların tətbiqi və orqan transplantasiyasının inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır.
O, müxtəlif elmi konfranslarda posterlərlə və elmi məruzələrlə iştirak edib, 20-yə yaxın elmi məqalənin müəllifidir. Həmçinin Avropa Orqan Transplantasiyası Cəmiyyətinin və Orta Şərq Orqan Transplantasiyası Cəmiyyətinin üzvüdür.
Kamran həkimin elmi fəaliyyətinin mühüm istiqamətlərindən biri də orqan transplantasiyası sahəsində beynəlxalq elmi təcrübənin öyrənilməsi və tətbiqidir. Onun həmmüəlliflərindən biri olduğu iki elmi məqalə ABŞ-ın nüfuzlu Elsevier nəşriyyatının çap etdirdiyi Transplantation Proceedings jurnalında dərc olunub.
Bu bölməyə aid digər xəbərlər
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Alimlər dərmanların təsir göstərmədiyi təhlükəli göbələk ştamı aşkarlayıblar
15.10.2026 | 11:37
“Onkorna” xərçəng əleyhinə vaksininin 2027-ci ildən icbari tibbi sığorta proqramına daxil edilməsi planlaşdırılır
14.10.2026 | 14:41
Alimlər kosmik tullantılara qarşı qoruyucu sipər hazırlayıblar
14.10.2026 | 12:04
Məktəb vətəndaşlıq mövqeyinin formalaşdığı ictimai mühitdir
13.10.2026 | 16:36
21 günlük körpə böyrəklərini itirmək təhlükəsindən əməliyyatla xilas edilib
12.10.2026 | 08:05
Ağız qoxusu həmişə diş problemi deyil
11.10.2026 | 15:47
Yuxu keyfiyyətini yaxşılaşdırmaq üçün 5 vacib vərdiş
11.10.2026 | 07:44
Alimlər çox qəhvə istehlakı ilə sümük sıxlığı arasında əlaqə aşkarlayıblar
10.10.2026 | 15:47
Yeni preparat daxili piy toxumasının azaldılmasına ümid yaradır
10.10.2026 | 14:17
ÇOX OXUNANLAR
İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyi arasında Memorandum imzalanıb
06.10.2026 | 13:49
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
15.10.2026 | 09:50
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub
15.10.2026 | 11:53
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Quba Rayon Mərkəzi Xəstəxanasında növbəti uğurlu endoprotezləşmə əməliyyatı icra olunub
10.10.2026 | 11:27
Yuxu keyfiyyətini yaxşılaşdırmaq üçün 5 vacib vərdiş
11.10.2026 | 07:44
Xaçmaz RMX-da “Hamilə və yenidoğulanlarda təcili hallar zamanı tibbi yardım” mövzusunda maarifləndirmə tədbiri keçirilib
10.10.2026 | 15:50
“Həkimlərimizi tanıyaq!” rubrikası təqdim edir: Telman Cəfərov
10.10.2026 | 13:06
Alimlər dərmanların təsir göstərmədiyi təhlükəli göbələk ştamı aşkarlayıblar
15.10.2026 | 11:37
İSİM-in fəaliyyətinin 20 illiyinə həsr olunmuş tədbir keçirilib
11.10.2026 | 11:44
Qrip peyvəndində nə dəyişdi? – Mütəxəssis yeni ştamların detallarını açıqladı
10.10.2026 | 10:51
Qəbələ RMX-da ilk dəfə olaraq mürəkkəb rekonstruktiv cərrahi əməliyyat icra olunub
14.10.2026 | 16:07
Regionlarda fəaliyyət göstərən səhiyyə işçilərini tanıtmaqda davam edirik!
08.10.2026 | 14:55

