ABŞ-da 450 nəfər hepatit və HİV-ə yoluxma təhlükəsinə məruz qalıb
28.11.2023 09:39

ABŞ-da müalicə alan təxminən 450 xəstə venadaxili dərmanların düzgün tətbiq edilməməsi səbəbindən hepatit və HİV-ə məruz qalıb. Mümkün məruz qalma birdəfəlik avadanlığın təkrar istifadəsi nəticəsində yaranıb.

Aztibb.az “TRT Haber”ə istinadən xəbər verir ki, ABŞ-ın Massaçusets ştatındakı xəstəxananın açıqlamasına görə, bu ilin əvvəlində az sayda endoskopiya xəstəsi venadaxili dərmanların düzgün qəbul edilməməsi səbəbindən infeksiyaya məruz qalıb.

Ucunda kiçik işıqlı kamera olan cihazın xəstənin boğazına daxil edilərək yemək borusu, mədə və bağırsaqlara baxmaq üçün istifadə edildiyi əməliyyatlara endoskopiya deyilir.

"Vəziyyət fərq edildikdən sonra tətbiq dərhal düzəldildi və xəstəxananın infeksiyaya nəzarət qruplarına məlumat verildi", – açıqlamada bildirlib.

Xəstəxana işçiləri dövlət səhiyyə orqanları ilə əlaqə saxlayıb və bildiriblər ki, xəstələrin hələ də yoluxduğuna dair dəqiq dəlil yoxdur. Bu müddətdə risk altında olan xəstələr müalicə olunublar.

Sözügedən xəstələrdən biri olan Geoff Millar, xəstəxananın yardım xəttinə zəng etdiyini və birdəfəlik istifadə olunan avadanlıqdan ikinci dəfə istifadə edildiyini bildirib. Dərhal xəstəxana polis nəzarətinə alınıb.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev