Yumor hissi tərəfdaşlar arasında qarşılıqlı marağı artırır
27.11.2023 11:55

Sinqapur İdarəetmə Universitetinin psixoloqları uzunmüddətli romantik münasibətlərdə yumor hissinin rolunu araşdırıblar.


Aztibb.az “Psychological Science” jurnalına istinadən xəbər verir ki, yumor uzun müddətdir ki, tanışlığın ilkin mərhələlərində insanlara tərəfdaşı qazanmağa kömək edən arzu olunan bir xüsusiyyət kimi tanınır.


Tədqiqatçılar ən azı bir il yarım romantik münasibətdə olan 108 cütlüyü seçiblər. İştirakçılardan bir həftə ərzində hər gün partnyorları ilə yaşadıqlarını qeyd edən gündəlik tutmaları istənilib. Onlar həmçinin münasibətdən məmnunluq səviyyələrini qeyd ediblər. Bu, mütəxəssislərə cütlükdə qarşılıqlı əlaqənin keyfiyyətindəki gündəlik dalğalanmaları öyrənməyə imkan verib.


Psixoloqlar aşkar ediblər ki, yumor tərəfdaşlar arasında qarşılıqlı marağı qorumağa kömək edir. Onların tapıntılarına görə, yumor münasibətlərə marağın saxlanmasının siqnalı və göstəricisi rolunu oynayır.


Gələcəkdə psixoloqlar yumorun həmkarlar, valideynlər və uşaqlar arasındakı münasibətlərə təsirini öyrənməyi gözləyirlər.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev