Özəl klinikalarda abortlara qadağa tətbiq ediləcək
22.11.2023 12:06

Rusiyanın Nijni Novqorod vilayətində hökümət tərəfindən özəl klinikalara abortları qadağan edən qanun layihəsinin təqdim edilməsi planlaşdırılır.

Aztibb.az “Newsroom24” nəşrinə istinadən xəbər veri ki, hökumət xüsusilə, “Vətəndaşların sağlamlığının qorunmasının əsasları haqqında” Federal Qanunun 56-cı maddəsinə dəyişiklik edilməsini təklif edir. İzahat qeydinə əsasən, onlar ölkədə demoqrafik vəziyyətin yaxşılaşmasına səbəb olmalı və hamiləliyin dayandırılmasından sonra yaranan fəsadların sayını azaltmalıdır.

Sənəd təsdiq olunarsa, öz istəyi ilə abort yalnız dövlət tibb müəssisələrində və 8 həftədən çox olmayan müddətə mümkün olacaq. Hazırda 12 həftəlik hamiləliyin dayandırılmasına icazə verilir.

Qanun layihəsinin müəlliflərinin fikrincə, rusiyalı gənclər təhsil, peşə və maddi sərvət alana qədər uşaqların doğulmasını getdikcə daha çox təxirə salırlar. Bu mənada 30 yaşdan yuxarı insanlarda doğum səviyyəsinin artırılmasına diqqət yetirmək təklif edilib.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev