6,5 kiloqramlıq nəhəng şiş ürəyini 12 santimetr sağa sürüşdürdü - Həkimlər belə təəccübləndilər
17.11.2023 09:59

İstanbulda yaşayan Burak Aktaş halsızlıq və nəfəs darlığı şikayətləri ilə həkimə müraciət edib və sol döş qəfəsində kütlə aşkarlanıb. O, iki seans kimyaterapiya keçib, lakin müalicəyə baxmayaraq, şiş 2 ay ərzində 8-10 dəfə böyüyərək qarpız ölçüsünə çatıb. Həkimlər kütlənin bu qədər sürətlə artmasına təəccübləniblər.

Aztibb.az “T24” internet qəzetinə istinadən xəbər verir ki, xəstənin sol ağciyərinin səksən faizini kağız kimi əzərək ürəyini sinə divarında 12 santimetr sağa çəkən, həm ürəyə, həm də beyinə gedən əsas damarlara təzyiq göstərən 6,5 kiloqram ağırlığında nəhəng şiş müvəffəqiyyətlə əməliyyat edilib.

Ürək normal vəziyyətinə qaytarılıb, kağız kimi əzilmiş ciyər şişirdilib

Əməliyyat zamanı Aktaşın ürəyi normal yerinə çəkilib, sol ağciyərin yuxarı hissəsi çıxarılıb, əzilmiş alt hissə anesteziya qrupu tərəfindən müsbət təzyiqlə yenidən şişirilib. Əməliyyatı həyata keçirən qrupdan Prof. Dr. Erdal Taşçı qeyd edib ki, xəstənin sinə boşluğunu demək olar ki, bütünlüklə əhatə edən 6,5 kiloqramlıq şiş, teratoma (qədim yunan dilində "canavar şiş") növlərindən biri olub və embrion hüceyrələrdən əmələ gəlib.

Xəstədə ürəyin alt ucu təxminən 12-13 sm yerdəyişmiş və ürəyə girən və çıxan bütün damarlar bükülmüş və qan axını pozulmuşdu. Ürək-damar Cərrahiyyəsi də əməliyyat qrupuna daxil olub. Xəstənin ürəyi əvvəlki vəziyyətinə qaytarılıb.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev