Mövsümi dəyişiklikləri sevən xəstəlik: Qrip
18.11.2023 10:04

Sağlamlığı mütəxəssisi Gül Ergör bildirib ki, qrip kimi xəstəliklər tənəffüs yolu xəstəlikləri olduğu üçün məktəblərdə və insanların sıx olduğu mühitlərdə bu xəstəliyə yoluxma riskimiz artır.

Aztibb.az “Haberturk” saytına istinadən xəbər verir ki, mövsümi keçidlər və temperaturun aşağı düşməsi ilə bu günlərdə qripə yoluxma hallarında artım müşahidə olunur.

"Maska qoruyucu amildir. Pandemiya dövründə olduğu kimi hər kəsin geyinməsinə ehtiyac yoxdur, ancaq xəstəliyin əlamətlərini görən insanlara onu taxaraq yoluxma riskini azaltmağı tövsiyə edirik", – deyə həkim qeyd edib.

Burun axıntısı, qızdırma, boğaz ağrısı və öskürək ilə ortaya çıxan qrip infeksiyası ictimai yerlərdə sürətlə yayılır. Mütəxəssislər bildirirlər ki, qrip bədən müqaviməti aşağı olan insanlarda, xroniki xəstəlikləri olanlarda, yaşlılarda və körpələrdə daha ağır keçə bilər.

Digər tərəfdən mütəxəssislər məktəblərdə uşaqlar arasında qripin sürətlə yayıldığına və sinif otağının vaxtaşırı havalandırılmasına, uşaqların əllərini tez-tez yumasına diqqət çəkirlər.

Qrip peyvəndinin əhəmiyyətini vurğulayan ekspert belə davam edib: “İnkişaf etmiş ölkələr qrip peyvəndini bütün yaş qruplarına tövsiyə edir. Əksər ölkələrdə isə 65 yaşdan yuxarı insanlara, xroniki xəstəlikləri olanlara və tibb işçilərinə tövsiyə edilir”.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev