Elm adamları: Aktiv həyat tərzi varlanmağa imkan yaradır
02.11.2023 09:45

ABŞ Milli Sağlamlıq İnstitutunun alimləri aktiv həyat tərzi ilə firavanlıq arasında əlaqə aşkar ediblər.

Aztibb.az bununla bağlı “Clinical Orthopedics and Research” (CORP) jurnalında dərc edilən müvafiq hesabata istinadən xəbər verir.

On il ərzində elm adamları 19 mindən çox insanın iştirak etdiyi bir sorğu keçiriblər. Tədqiqatçılar müəyyən ediblər ki, aktiv həyat tərzi rifahı yaxşılaşdırır. Digər tərəfdən, hərəkətliliyin azalması iştirakçıların illik gəlirlərinin azalması ilə müşayiət olunub.

Bundan əlavə, alimlər yaşlı insanlar üzərində əlavə tədqiqatlar aparıblar. Onlar aşkar ediblər ki, həftədə bir dəfə məşq etmək insana daha uzun müddət mobil qalmağa kömək edir və bu da öz növbəsində onların gəlir səviyyələrinə müsbət təsir göstərir.

Əvvəllər Avstraliya və Böyük Britaniya alimləri qısa müddətli gündəlik hərəkətlərin ömrü uzatmaq üçün faydalarından danışırdılar. Tədqiqatçılar sağlam qalmaq üçün bir-üç dəqiqəlik fasiləsiz idmanın kifayət etdiyini müəyyən ediblər.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev