Peyvənd proqramları sayəsində poliomielitə qalib gəlindi – Dünyada ilk yerdə
30.10.2023 15:52

Türkiyədə Səhiyyə Nazirliyinin həyata keçirdiyi peyvənd proqramları nəticəsində 25 ildir ki, poliomielit hadisəsi qeydə alınmayıb.


Aztibb.az “TRT Haber”ə istinadən xəbər verir ki, Türkiyə bu xəstəliyə qarşı mübarizədə dünyada birinci yerdədir.


Yüksək İhtisas Universitetinin professoru Arzu Dursun tibbdə poliomielit adlandırılan xəstəliyin başda 5 yaşa qədər bütün yaş qruplarını təsir edə bilən yoluxucu RNT virusu yaratdığını bildirib.


Virusun yoluxmuş insanda iflic və eyni zamanda ölümə səbəb ola biləcəyinə diqqət çəkən mütəxəssis qeyd edib ki, xəstəliyin ötürülmə yolu ağız yoludur, lakin nadir hallarda öskürək, asqırma kimi ətrafa səpələnmiş hissəciklər səbəbiylə xəstəlik inkişaf edə bilər.


Professor xəstəliyə tutulan bir çox insanın heç bir əlamət olmadan sağaldığını, bəzi insanların qripə bənzər simptomlar inkişaf etdirdiyini, bəzi insanların isə xəstəliyin ən qorxulu forması olan iflic və ya ölümlə üzləşdiyini açıqlayıb.


Virusun orqanizmə daxil olduqdan sonra insanın bağırsaqlarında çoxaldığını, təxminən 200 hadisədən birində xəstəliyə səbəb olan mikroorqanizmin onurğa beyninə yerləşə və əzələlərin hərəkətini təmin edən sinirləri məhv edərək iflic vəziyyətinə sala biləcəyini deyib:


"Daimi təsirlər olduqda, yavaş-yavaş insanın bədən hərəkətlərini maneə törədərək irəliləyir və tənəffüs əzələlərinə təsir edərək ölümə səbəb ola bilər. Xüsusilə bu virusa yoluxan və xəstələnən və sonra sağalmış 5 yaşından kiçik uşaqlar iflic ola bilər. Virus bədənə daxil olduqdan və çoxaldıqdan sonra baş ağrısı, boğaz ağrısı, bel ağrıları, yüksək hərarət, ürəkbulanma və qusma inkişaf edə bilər. Bu ilk simptomlardan sonra bir neçə gün sonra iflic baş verə bilər. Ayaqlarda uyuşma və ağrı, hissiyat və hərəkət itkisi ilə müşayiət oluna bilər. “Belə əlamətlər müşahidə olunanda gecikmədən xəstəxanaya müraciət etmək lazımdır”.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev