Xərçəngə görə bağırsaqların adi fəaliyyəti dəyişə bilər
30.10.2023 14:51

Cərrah İldus Muxametov bildirib ki, yoğun bağırsaq xərçəngi zamanı bağırsaqların adi fəaliyyətinin necə dəyişdiyini müşahidə etmək olar.


Aztibb.az “SM News” xəbər agentliyinə istinadən yazır ki, mütəxəssisin bildiridiyinə görə, kolorektal xərçəng kolon və düz bağırsaqda bədxassəli şişlərin meydana gəlməsini əhatə edir.


Ekspert şərhində qeyd edib ki, şiş erkən mərhələdə aşkar edilərsə, bağırsaq xərçəngi yüksək dərəcədə müalicə olunur. Xərçəng xəstəliyinə görə bağırsaqların adi fəaliyyəti dəyişə bilər, lakin bu dəyişikliklər rutin, qeyri-ciddi uğursuzluqlar təsiri bağışlayır və bunun tez bir zamanda izahı tapılır.


"İlk növbədə, bunlar bağırsaqların normal fəaliyyətindəki pozğunluqlardır: daha tez-tez tualetə getməyə çağırışlar, əvvəllər heç vaxt olmamış ishal və ya insanın əvvəllər əziyyət çəkmədiyi qəbizlik", - deyə həkim bildirib.


Bağırsaq xərçənginin digər mümkün əlamətləri:


- Davamlı qarın narahatlığı,
- Spazmlar,
- Şişkinlik,
- Bağırsaq hərəkətləri zamanı bağırsaqların tamamilə boşalmadığı hissi,
- Tualet kağızında və ya nəcisdə qan.


Həkim vurğulayıb ki, sonraki mərhələlərdə qəfil arıqlama, iştahsızlıq, başgicəllənmə, huşunu itirmə, diqqəti cəmləməkdə çətinlik müşahidə olunur.


Kolorektal xərçəngdən əvvəl kolonda adenoma və poliplər əmələ gəlir. Bu formasiyalar kolonoskopiya ilə aşkar edilə bilər ki, bu da 50 yaşından başlayaraq hər kəs tərəfindən profilaktik məqsədlə aparılmalıdır.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev