Psixiatr: Apteklər sakitləşdirici dərman adı altında müxtəlif otlar satırlar
29.10.2023 11:51

Psixiatr Aleksandr Meşçeryakov bir çox insanın üzləşdiyi narahatlığın səbəbləri ilə bağlı fikirlərini bölüşərək, ondan qurtulmaq üçün etdikləri ümumi səhvləri açıqlayıb.


Aztibb.az "Pravda" nəşrinə istinadən xəbər verir ki, həkimə görə, bu səhvlərdən biri apteklərdən satın alınan müxtəlif otların köməyi ilə özünüzü sağaltmağa çalışmaqdır.


Onun sözlərinə görə, hazırda effektivliyini sübut edən reseptsiz dərmanlar yoxdur: “Çoxlarının müsbət nəticəyə ümid edərək bu cür məhsulları alır. Təəssüflər olsun ki, onların faydasız olduğunu anlamır və bəzən simptomlar ya müvəqqəti səngiyir ya da şiddətlənir”.


Ekspert adekvat və səlahiyyətli yardım almaq üçün psixiatr və ya psixoterapevt kimi ixtisaslı mütəxəssisdən kömək istəməyi tövsiyə edib.


O, həmçinin qeyd edib ki, narahatlığı yalnız peşəkar qiymətləndirmə və diaqnozdan sonra təyin olunan xüsusi texnika və dərmanlardan istifadə etməklə təsirli şəkildə müalicə etmək olar.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev