Gecələr parlaq işıq psixi xəstəlikləri şiddətləndirir
28.10.2023 14:20

Avstraliya alimləri gecələr çox işıqlandırma ilə psixi xəstəliklərin inkişafı arasında əlaqəni öyrəniblər.

Aztibb.az “Medical Xpress” nəşrinə istinadən yazır ki, gecələr həddindən artıq parlaq süni işıqlandırma depressiya, TSSB, bipolyar pozğunluğun inkişafına səbəb ola bilər, həmçinin narahatlıq hisslərini artıra bilər.

Monaş Universitetinin mütəxəssislərinin qənaətinə görə, səbəb gecə və gündüzün dəyişməsi ilə bağlı olan insan bioritmlərinin pozulmasıdır.

Bununla bağlı 86 772 nəfərin iştirak etdiyi araşdırmada yuxu keyfiyyəti, gecə və gündüz işığa məruz qalma səviyyələri və psixi sağlamlıq qiymətləndirilib.

Tədqiqata görə, gecələr müntəzəm olaraq parlaq işığa məruz qalanlarda ruhi xəstəliklərə tutulma riski 30% artıb. Eyni zamanda, gün işığının dozasını qəbul edən insanların xəstəliklərə tutulma ehtimalı 20% az olub.

Bundan əlavə, gecə lampadan gələn işıq da zərərlidir. Telefon ekranlarından, kompüter ekranlarından və küçə işıqlarından gələn süni işıq da zərərli hesab edilir.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev