Süni intellekt xoruz tərcüməçisi yaratmağa kömək edib
27.10.2023 15:00

Yapon alimləri süni intellekt əsasında xoruz tərcüməçisi yarada biliblər. Onun inkişafına tədqiqatçıların "Dərin Emosional Analiz" adlı texnologiyası kömək edib.

Aztibb.az “Business Insider”ə istinadən yazır ki, yeni texnologiyanın köməyi ilə səs nümunələrini təhlil edərək quşların emosiyalarını müəyyən etmək mümkündür.

Araşdırmaya Tokio Adriaea Universitetinin professoru Devid Çeok rəhbərlik edib. Asiya alimləri təcrübələrin nəticələrinə əsasən müəyyən ediblər ki, süni intellektdən istifadə etməklə hazırlanmış sistem toyuqların bütün emosional vəziyyətlərini - stress, qəzəb, aclıq, qorxu, məmnunluq və həzzi tanıya bilir.

Tədqiqat 80-ə yaxın xoruz və toyuq üzərində aparılıb. Layihədə mühəndislərlə yanaşı, baytarlar və heyvan psixoloqları da çalışıblar.

“Heyvanların necə hiss etdiyini bilsək, onlar üçün daha yaxşı bir dünya yarada bilərik”, - professor kəşfi haqqında danışarkən bildirib.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev