Alimlər: Qadınların beyin sağlamlığının sirri iki mikroelementdədir
28.10.2023 09:44

İspaniyalı tədqiqatçılar müəyyən ediblər ki, yalnız iki mikroelementin qəbulunun artması qadınlarda idrak pozğunluğunun inkişaf riskini azalda bilər. Bunun sirri dəmir və manqan istifadəsindədir.

Aztibb.az “Neva Today” internet qəzetinə istinadən xəbər verir ki, alimlər araşdırma aparıblar və müəyyən ediblər ki, dəmir və manqan qəbulunun artması qadınlarda koqnitiv pozğunluq riskinin azalması ilə əlaqələndirilir.

Tədqiqatçıların qeyd etdiyi kimi, demensiya tez-tez yüngül idrak pozğunluğu - qavrayışın pisləşməsi, yaddaş problemləri və yorğunluğun artması ilə başlayır. Zamanla vəziyyət pisləşir, həyat keyfiyyətinin düşməsinə səbəb olur.

Tədqiqatda 201 könüllü iştirak edib. Alimlər eksperiment başlamazdan üç gün əvvəl onların antropometrik məlumatlarını, fiziki aktivlik səviyyəsini və pəhrizini təhlil ediblər.

Sonra hər kəs idrak qabiliyyətlərini qiymətləndirmək üçün test edib. Məlum olub ki, müntəzəm olaraq tərkibində yüksək miqdarda manqan və dəmir olan qidalar (ət, tərəvəz, yumurta) qəbul edən qadınlar testlərdə daha yaxşı nəticə göstərib.

Eyni zamanda kişilərdə bu mikroelementlərlə idrak qabiliyyətləri arasında heç bir əlaqə aşkar edilməyib. Tədqiqatçıların fikrincə, dəmir və manqanın beyin fəaliyyətinə təsir mexanizmləri ilə bağlı əlavə araşdırmalara ehtiyac var.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev