İsti yoqa depressiyaya qalib gəlməyə kömək edir - Araşdırma
27.10.2023 12:51

Kliniki bir araşdırma, isti yoqanın ağır depressiya əlamətlərini əhəmiyyətli dərəcədə azalda biləcəyini göstərib.

Aztibb.az medimagazin.com.tr-yə istinadən xəbər verir ki, ABŞ-da Massaçusets Ümumi Xəstəxanası tərəfindən aparılan bir araşdırma, 40°C-yə qədər qızdırılan rütubətli otaqlarda pozaların verildiyi müntəzəm Bikram yoqa dərslərinin depressiya xəstələrini yaxşılaşdıra biləcək təsirli bir müalicə variantı olduğunu açıqlayıb.

Tədqiqat üçün orta və şiddətli depressiyayası olan yetkin yaşlı 80 xəstə iki qrupa bölünüb. Yarısı həftədə iki dəfə 90 dəqiqəlik isti yoqa seanslarına getdiyi halda, digər qrupa gözləmə siyahısına salındıqları və heç bir müalicə görməyəcəkləri bildirilib.

Səkkiz həftədən sonra yoqa ilə məşğul olanların 44 faizində simptomlarının əhəmiyyətli dərəcədə yaxşılaşdığı müşahidə edilib. Birinci qrup bu böyük irəliləyişdən sonra artıq depressiyaya uğramış kimi təsnif edilməyib.

Həftədə bir dəfə də təsirlidir

“Journal of Clinical Psychiatry” jurnalında dərc edilən araşdırmaya görə, həftədə yalnız bir dəfə isti yoqa seanslarına qatılanlarda belə depressiv simptomlar azalıb.

Harvard Tibb Məktəbinin psixiatriya kafedrasının dosenti və tədqiqatın aparıcı müəllifi Maren Nyer, "Yoqa və istiliyə əsaslanan müdaxilələr dərmana əsaslanmayan bir yanaşma təmin etməklə depressiya xəstələrinin müalicə kursunu potensial olaraq dəyişə bilər" deyib.

"Hər bir elementin (istilik və yoqa) depressiyada müşahidə etdiyimiz klinik təsirlərə xüsusi töhfələrini müəyyən etmək üçün yeni tədqiqatlar inkişaf etdiririk", - deyə tədqiqatın aparıcı müəllifi bildirib.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev