Elm adamları: Tai Çi Parkinsonun şiddətlənməsinin qarşısını ala bilər
27.10.2023 09:36

Çində aparılan yeni bir araşdırma Tai Çi idmanının Parkinson əlamətlərini yavaşlatdığını ortaya qoyub.

Aztibb.az medimagazin.com.tr-yə istinadən xəbər verir ki, elm adamları 2016-2021-ci illər arasında iki qrupa bölünən 334 Parkinson xəstəsini müşahidə ediblər.

Tədqiqatda müşahidə qrupundan biri həftədə iki dəfə bir saat Tai Çi ilə məşğul olmaq üçün öyrədilib, digər qrup isə gündəlik dərman müalicəsini davam etdirib.

Bu kontekstdə Tai Çi idmanının beynin hərəkətləri idarə etməkdən məsul olan hissəsindəki hüceyrələrin fəaliyyət göstərməməsi nəticəsində meydana gələn mütərəqqi bir xəstəlik olan Parkinson xəstəliyinin simptomlarını yavaşlatdığı müşahidə edilib.

Tai Ci ilə məşğul olmayanlarda dərman dozasını artırması lazım olan xəstələrin sayı yüzdə 83,5-dən yüzdə 96-ya yüksəlib.

Şanxay Jiao Tonq Universiteti Tibb Fakültəsindən tədqiqatçı Dr. Gen Li, Tai Çi ilə məşğul olan insanlarda Parkinson simptomlarının yavaşladığını, yuxunun və həyat keyfiyyətinin yaxşılaşdığını aşkar edib.

Alim araşdırma nəticəsində Tai Chi-nin Parkinson xəstəliyinə uzun müddətli faydalı təsir göstərdiyinin və yeriş, tarazlıq və idrak qabiliyyətləri kimi həm motor, həm də qeyri-hərəkətli əlamətlərə yavaşladıcı təsir göstərdiyini qeyd edib.

Həmçinin Parkinson xəstələrinin 96 faizinin 50 yaşdan yuxarı olduğu və bu xəstəliyin dünyada 10 milyondan çox insana təsir etdiyi bildirilib.

Tai Çi döyüş sənətlərindən əldə edilən ənənəvi Çin təbabətinin enerji məşqlərinin bir hissəsi olan fiziki bir intizam kimi tanınır.

Araşdırmanın nəticələri “Journal of Neurology, Neurosurgery and Psychiatry” jurnalında dərc olunub.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev