Həkim kəskin pankreatitin simptomlarını sadaladı 
25.10.2023 07:28

Qarının üst tərəfində qəflətən əmələ gələn və ağrı ilə bilinən kəskin pankreatit mədəaltı vəzdə yaranan iltihablaşmadır.

Aztibb.az xəbər verir ki, həkim-radioloq Şəbnəm Topbaştekin xəstəliyin əlamətlərini sadalayıb.

Qeyd edib ki, qarında ağrılar qabırğaaltı nahiyədə lokalizasiya olur və adətən əsas simptomlardan hesab edilir: “Çox sürətlə əmələ gəlir (təqribən bir saat). Ağrı şiddətlənə bilir və arxa nahiyəyə doğru yayılır”.

Həkim əlavə edib ki, qusma, qızdırma və ümumi narahatlıq hallarına da rast gəlinir. Əgər pankreatit şiddətlənsə və digər orqanlar da prosesə cəlb olunsa, bu zaman başqa simptomlar da meydana çıxa bilər.

Radioloq xəstəliyin diaqnozunun ultrasəs müayinəsi ilə asanlıqla qoyula bildiyini deyib. Bununla yanaşı, xəstə laborator müayinələrdən keçə, KT və MRT oluna bilər.

ÇOX OXUNANLAR
Kriminal zəhərlənmələr:mərgümüş və risindən poloniuma və epibatidinə qədər
Milli Hematologiya və Transfuziologiya Mərkəzində “Aplastik anemiya” mövzusunda seminar keçirilib
Pirallahı Tibb Mərkəzində oftalmoloji xidmətlərin əlçatanlığı genişləndirilir
ATU ailəsinin üzvü Ramal Təbib oğlu: “İnam nə qədər çoxdursa, məqsəd o qədər yaxındır”
Lerik Rayon Mərkəzi Xəstəxanasında növbəti qanvermə AKSİYASI
2026/2027-ci tədris ili üçün rezidenturaya qəbul olanların NƏZƏRİNƏ!
Milli İdman Tibb və Reabilitasiya İnstitutu pediatr vəzifəsi üzrə həkim axtarır
DİM IV ixtisas qrupu üzrə plan yerlərini elan etdi - 3551 yer ödənişsizdir
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-yə müsahibə verib
Azərbaycanlı həkimlər beynəlxalq arenada yeni uğurlara imza atır
Şahbuz rayonunda tibbi aksiya: 32 nəfər müayinədən keçib
Vətəndaşlara operativ təcili və təxirəsalınmaz tibbi yardım göstərilir
Lənkəranda İİV-lə bağlı maarifləndirmə işi aparılıb
Beynəlxalq elmi arenada Azərbaycan imzası: Turner sindromunda uğurlu böyrək transplantasiyası
Kardiologiya İnstitutunda könüllülərlə görüş keçirilib