Elektrik stimullaşdırılması keysəriyyə əməliyyatından sonra ağrıları aradan qaldırır
24.10.2023 13:03

Transkutan elektrik sinir stimulyasiyasının istifadəsi qadınlara əməliyyatdan sonra qəbul etdikləri analjeziklərin miqdarını əhəmiyyətli dərəcədə azaltmağa imkan verib.

Aztibb.az “SM.News” xəbər agentliyinə istinadən yazır ki, Amerika Birləşmiş Ştatlarından olan elm adamları qeysəriyyə əməliyyatı keçirmiş qadınlarda xroniki və kəskin ağrıları yatırmaq üçün sinirlərin elektrik stimullaşdırılmasının uğurlu klinik sınaqlarını aparıblar. Bu yanaşma doğuşdan sonrakı dövrdə ağrıkəsici dərmanların dozasını əhəmiyyətli dərəcədə azaldıb.

"Biz qeysəriyyə kəsiyi əməliyyatından sonra qadınlarda əməliyyatdan sonrakı ağrıları azaltmaq üçün elektrik sinir stimulyasiyasının istifadəsini sınaqdan keçirdik. Bu təcrübələr göstərdi ki, belə stimullaşdırma xəstələrin dərhal qəbul etdiyi opioidlərin dozasını əhəmiyyətli dərəcədə azalda bilər”, - araşdırmada deyilir.

Kolumbusdakı Ohayo Dövlət Universitetinin Tibb Mərkəzinin tədqiqatçısı Cennifer Qraşın rəhbərlik etdiyi bir qrup elm adamı keysəriyyə əməliyyatından sonra qadınlarda ağrıları azaltmaq üçün yüksək tezlikli transkutan elektrik sinir stimullaşdırılması (TENS) texnologiyasını tətbiq edib. Çox asılılıq yarada bilən opioid əsaslı analjeziklər ABŞ-da tez-tez bu ağrıları yatırmaq üçün istifadə olunur.

Bunun üçün alimlər doğuş zamanı qeysəriyyə əməliyyatı keçirmiş 134 qadın könüllüdən ibarət qrup toplayıblar. Onların yarısı real terapiya alıb, digərləri isə elektrik impulsları yaratmayan maşına qoşulublar.

Bütün iştirakçılar ağrının şiddətindən asılı olaraq müşahidələr zamanı dozası artırılan və ya azaldılan opioid analjezikləri qəbul ediblər. Sonrakı araşdırmalar göstərib ki, sinirin elektrik stimullaşdırılması həkimlərə xəstəxanada qəbul edilən opioidlərin orta dozasını 47% azaltmağa imkan verib və bəzi xəstələr ağrıkəsici qəbul etməyi tamamilə dayandıra biliblər.

Bundan əlavə, işin müəllifləri TENS terapiyasının istifadəsinin heç bir əhəmiyyətli yan təsirini qeyd etməyiblər ki, bu da onun təhlükəsizliyini və yüksək effektivliyini göstərir.

Alimlər ümid edirlər ki, onların hazırladıqları yanaşma çətin doğuşlardan sonra qadınların vəziyyətini əhəmiyyətli dərəcədə yüngülləşdirəcək və opioid ağrıkəsicilərdən istifadə nəticəsində onlarda asılılığın yaranması ehtimalını azaldacaq.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev