Uşaqların təlim-tərbiyəsi ilə məşğul olarkən səbr etmənin rolu
23.10.2023 12:40

Pisixoloqlar uşaqları səbrlə dinləməli olduğumuzu deyirlər. Uşağın inkişaf etdiyi vaxtda ailənin səbirli olması çox vacibdir. Ana bətnində 9 ay gözləyən uşağın bu inkişaf vaxtını səbirlə gözləyiriksə, bu müddətin keçməsinə necə səbirlə dözürəksə, uşaq dünyaya gəldikdən sonra da eyni səbirlə uşaqla rəftar etmək lazımdır.


Aztibb.az 4 uşaq anası alim Larisa Surkovanın “1-3 yaşlı uşaqlar: Faydalı məsləhətlər generatoru” kitabından
bəzi tövsiyələri paylaşır


Uşaqdan böyük insan kimi hərəkət etməsini istəmək heç də yaxşı fikir deyil. Uşağın irəliləyişində səbr göstərmək onun həyatında müsbət rol oynayır. Uşaqlara səbirlə yanaşmayan ana-ataların, uşaqları xoşbəxtlikdən uzaq olur və uşaqlar böyüdükcə özləri kimi xoşbəxtlikdən uzaq insanlara qaynayıb qarışırlar.


Xoşbəxt olmayan və problemli bir gələcəyi olan uşaq istəmirsinizsə, uşaqlarınıza çox səbirlə yanaşın. Uşaq böyüdərkən nə qədər tələssək də - bəzi şeylərin vaxtını gözləməyə məcburuq. Məsələn, bir körpənin bizim kimi düşünüb, həyatı bizim kimi başa düşməsini gözləməyə məcburuq. Xoşbəxt bir uşaq böyütmək, onun düşüncələrinə və istəklərinə hörmət etmək uşağın inkişafında çox gözəl rol oynayacaq.


Uşağın dəcəllik etməyi, səs-küy salmağı, "səssiz ol", bir az otur" kimi deyilən sözlərin uşaqların duyğularıyla oynanılmış kimi hiss etmələrinə səbəb olur, səbrin belə vaxtlarda daha çox faydası vardır.


Bəzən valideynlər işdəki əsəblərini, yorğunluqlarını evə gətirirlər, ancaq bilməliyik ki, evdə uşaq varsa bizi gülərüz görmək istəyir və bizlə oynamaq, vaxt keçirmək istəyir. Bax buna görə psixoloqlar məsləhət görür ki, iş yorğunluğunu, problemləri elə işdə qoyub evə gümrah, şən gedin ki, uşaqlar sizi görəndə bir küncə çəkilib düşünməsin ki, "valideynim yenə yorğun və əsəbi gəlib işdən."


Uşaqlar 2-3 yaş arasında valideyinlərini öz sualları ilə yora bilərlər. Bizlər çalışıb səbirlə, sevgi ilə o sualları cavablamalıyıq ki, uşaq özünü tək hiss edib içinə qapanmasın. Uşaqlarla çalışın çox vaxt keçirin ki, uşaqlar xoşbəxt böyüsünlər.

 

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev