"SciTechDaily": Elektron qəlyan çəkənlərdə xroniki stressə həssaslıq artır
21.10.2023 12:13

Kanadalı alimlərin işi göstərdi ki, elektron qəlyana üstünlük verən gənclər tez-tez xroniki stresslə üzləşirlər.

Aztibb.az xəbər verir ki, bu barədə “SciTechDaily” portalı məlumat yayıb.

Tədqiqatda yaşları 15-30 arasında dəyişən 905 nəfərin məlumatlarından istifadə edilib. Onlardan 115-nin (12,7%) elektron qəlyandan istifadə etdiyi bildirilib.

Məlum olub ki, aludəçilər həyatlarının müəyyən bir anında və ya dövründə xroniki stress yaşadıqlarını daha çox bildiriblər.

Xroniki stressin psixi pozğunluqlara, xüsusən də narahatlıq və depressiyaya səbəb olduğu bilinir. Bundan əlavə, nəticələr vapinqə üstünlük verənlərin həyat keyfiyyətinin daha aşağı olduğunu göstərib.

Tədqiqat müəllifləri qeyd ediblər ki, insanlar yığılmış stressi aradan qaldırmaq üçün tez-tez tütün, siqaret və alkoqoldan istifadəyə müraciət edirlər. Ancaq bu metod narahatlığı aradan qaldırmağa kömək etmir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub