Qədim yazıları oxumaq üçün süni intellektdən istifadə edildi
18.10.2023 09:36

Rusiya, Almaniya və İsraildən olan alimlər qrupu eramızın 79-cu ilində Vezuvi dağının püskürməsi nəticəsində yanmış qədim əlyazmanı deşifrə ediblər.

Aztibb.az “The Guardian” nəşrinə istinadən yazır ki, mütəxəssislər süni intellektin köməyi ilə Qədim Romanın tarixi və mədəniyyətinə işıq sala biləcək sənədin mətnini bərpa edə biliblər.

Alimlər Vezuvi Kodeksi kimi tanınan əlyazmanı deşifrə etmək üçün süni intellektdən faydalanıblar. Əlyazma yunan dilində həyat və ölüm haqqında fəlsəfi müzakirələrdən ibarət olub. Uzun müddət əlyazma tamamilə itmiş hesab olunurdu, lakin bu yaxınlarda elm adamları Vezuvi püskürməsindən sonra qalan daşlaşmış küldə əlyazmanı aşkar ediblər.

Mətni bərpa etmək üçün süni intellektin onu oxuması prosesi davam edir.

Əvvəllər deşifrə edilmiş və nəşr edilmiş minlərlə qədim əlyazma üzərində təlim keçirilib. Bu üsul mətnin quruluşunu, yazı tərzini, hətta odla tam məhv olmayan bəzi sözləri müəyyən etməyə imkan verib.

Alimlərin fikrincə, əlyazmanın mətninin bərpası prosesi uzun və çətin olacaq. Bununla belə, onlar əmindirlər ki, gördükləri işlərin nəticələri uzaq dövrdə yaşayan insanların düşüncə tərzini və mədəni xüsusiyyətlərini daha yaxşı anlamağa kömək edəcəkdir.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev