Diabet dərmanı periodontal xəstəliyi və diş əti xəstəliklərini effektiv şəkildə müalicə edir
17.10.2023 10:04

Periodontal xəstəlik bütün dünyada milyonlarla insanı narahat etməkdə davam edir. Müalicə ağız boşluğunda mikrob aktivliyinə nəzarətlə məhdudlaşır.


Aztibb.az “Planet Today” nəşrinə istinadən xəbər verir ki, son araşdırmalar metformin dərmanının bu xəstəliklərlə mübarizədə böyük potensiala malik ola biləcəyini göstərir.


Tədqiqatçılar metforminin şəkərli diabeti olmayan xəstələrdə təsirini tədqiq ediblər və dərmanın periodontal xəstəlik və yaşlanma ilə əlaqəli sümük itkisinin qarşısını ala biləcəyini öyrıniblər.


Metformin ağız boşluğunda olan bakteriyaların tərkibinə və qan qlükoza səviyyəsinə də təsir edir ki, bu da periodontal problemlərin qarşısının alınmasında faydalı ola bilər.


Bu araşdırma şəkərli diabeti olmayan şəxslərdə ağız boşluğu xəstəliklərinin qarşısının alınması və müalicəsi üçün yeni perspektiv açır.


Bu mənada metformin periodontal xəstəliklər və digər ağız xəstəlikləri ilə mübarizədə əsas vasitə ola bilər.


Araşdırmada Böyük Britaniyanın London Kral Kollecinin alimləri və
Braziliyanın San Leopoldo Mandiç Stomatologiya Məktəbinin tədqiqatçıları iştirak ediblər.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev