Həkim görmə ilə bağlı məşhur miflərdən danışıb
16.10.2023 11:50

Oftalmoloq və mikrocərrah Tatyana Şilova göz sağlamlığı ilə bağlı məşhur miflərdən danışıb.


Aztibb.az “Gazeta” nəşrinə istinadən xəbər verir ki, oftalmoloqun sözlərinə görə, gözlərə zərər verən təkcə qadcetlər deyil – “onların radiasiya səviyyəsi normaya uyğundur, əks halda bu qurğular satışa çıxmazdı”.


Həkim göz yorğunluğunun qarşısını almaq üçün qaranlıqda və ya yüksək parlaqlıq səviyyələrində ekrandan oxumaqdan çəkinməyi və çox kiçik şriftdən istifadə etməməyi tövsiyə edib.


Həkim eynək taxmamağın da görmənin pisləşməsinə səbəb olduğunu bildirib:


“Onlardan imtina etmək gözlərə kömək etməyəcək, çünki bu halda görmə orqanının daimi gərginliyi səbəbindən görmə daha da sürətlə azalacaq”.


Gözlər üçün gimnastikanın da məhdud faydası var. Onun sözlərinə görə, bu cür məşqlər həqiqətən gözün qan axınını yaxşılaşdırır, quruluqdan qurtulmağa və əzələ gərginliyini aradan qaldırmağa kömək edir. Bununla belə, miyopi və ya uzaqgörənliyin səbəbləri çox daha mürəkkəbdir və eyni şəkildə aradan qaldırılmır.


Oftalmoloq yerkökü və qaragilə ilə pəhriz əlavələrinin görmə üçün faydalarının olmasını mif adlandırdı:


“Yerkökü çoxlu vitamin və lif ehtiva etsə də, görmə qabiliyyətinə kömək etməyəcək və qaragilə əsasında hazırlanan pəhriz əlavələrinin elmi cəhətdən sübut edilmiş effektivliyi yoxdur”.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev