Diyetoloq düzgün səhər yeməyi üçün bunları məsləhət görür
16.10.2023 10:38

Gündəlik pəhrizdə səhər yeməyi mühüm rol oynayır, çünki səhər yeməyi bütün günün nə qədər məhsuldar olacağını müəyyənləşdirir.


Aztibb.az xəbər verir ki, “Veçernyaya Moskva” nəşrinə müsahibəsində diyetoloq İrina Pisareva bununla bağlı tövsiyələrini paylaşıb.


“İlk yemək qan şəkəri və xolesterinin səviyyəsini normal saxlayır, həmçinin tez-tez xəstələnən insanların immunitetini artırır. Bundan əlavə, orqanizmdə yalnız səhər saatlarında istehsal olunan fermentlər var”, - deyə mütəxəssis bildirib.


O qeyd edib ki, əgər insan səhər-səhər yemək yeməsə, fermentlərin istehsalı azalır və bu, bütün orqanizmin fəaliyyətinə təsir edir və çəki artımına səbəb ola bilər.


Diyetoloq əlavə edib ki, balanslaşdırılmış səhər yeməyi kompleks karbohidratlar, zülallar və düzgün yağlardan ibarət olmalıdır.


Kompleks karbohidratlara qarabaşaq yarması, yulaf və çörək daxildir. Zülallar üçün yumurta, qatıq və kəsmik idealdır. Mütəxəssis yaxşı yağlar kimi avokado, həmçinin zeytun, çətənə və ya xardal yağını tövsiyə edib.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub