Uşaqlarda hemangioma nə dərəcədə təhlükəlidir?
15.10.2023 10:25

Hemangioma qan damarlarının anormal böyüməsi nəticəsində yaranan xərçəngsiz (xoşxassəli) şişdir.


Aztibb.az xəbər verir ki, ümumi cərrah Toğrul Məhərrəmovun bildirdiyinə görə, hemangiomalar bədənin hər yerində baş verə bilər, lakin ən çox üz və boyunda olur.


“Hemangiomalara uşaqlarda çox sıx rast gəlmək olur. Hemangiomalar üçün müəyyən inkişaf dinamikası xarakterdir. Uşaq doğulduqdan sonra ilk həftələrdə aktiv böyümə fazası başlayır və 5-6 aya (bəzən 9-12 aya) qədər davam edir. 2-ci dövr stabilləşmə dövrüdür (böyümə dayanır). 1 yaşdan sonra involyusiya dövrü başlayır (geriyə inkişaf)”, – deyə həkim qeyd edib.


Hemangiomanın orqanizm üçün təhlükəli olub-olmaması onun yerləşdiyi yerdən, ölçüsündən və ətraf sahəsinə göstərdiyi təsirdən asılıdır. Ölçüləri kiçik və üst hissəsi düz olan hemangioma tam zərərsiz hesab edilir.


Bəzən hemangiomaların ölçüsü sürətlə artır, yandakı dəri toxuması dartılmağa məcbur qalır. Belə hemangiomaların daxili toxumaları bərk kavernozdan ibarət olur. Bu cür hemangiomalar ətrafdakı toxumalar da yayılır və hətta sümük toxumasının defotmasiyasına səbəb ola bilir. Bu zaman hemangioma xəstənin həyatı üçün təhlükə yarada bilər.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub