Pilorostenoz - Yeni doğulmuşlarda ən çox rast gəlinən patologiya
14.10.2023 20:18

Pilorostenoz mədə ilə onikibarmaq bağırsaq arasındakı dəliyin müxtəlif səbəblərdən daralmasıdır.


Aztibb.az xəbər verir ki, ümumi cərrah Toğrul Məhərrəmov pilorostenozun mədə anomaliyası, dəha dəqiq desək, onun pilorik (çıxış) şöbəsinin inkişaf qüsuru olduğunu deyib.


Qeyd edib ki, bunun nəticəsində pilorik çıxışın keçiriciliciyi pozulur və qidanın evakuasiyası çətinləşir.


“Anadangəlmə pilorostenoza pediatriyada kifayət qədər tez-tez rast gəlinir. Statistikaya görə, yeni doğulmuş hər 300 uşaqdan biri bu xəstəlikdən əziyyət çəkir. Oğlanlarda qızlara nisbətən 4 dəfə çox qeydə alınır. Anadangəlmə pilorostenoz yeni doğulmuşlarda ən çox rast gəlinən cərrahi patologiyadır və təcili müdaxilə tələb edir”, - deyə həkim bildirib.


Həkimin sözlərinə görə, yetkin fərdlərdə pilorostenozun ən mühüm əlaməti yeməkdən bir neçə saat sonra baş verən həzm olunmamış qidaların qaytarılmasıdır.


Müalicəsinə gəldikdə isə həkim pilorostenozun təcili cərrahi müdaxilə tələb edən xəstəliklərdən olduğunu deyib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev