Dərialtı lipoma nədir? Diaqnozu və müalicəsi
14.10.2023 19:17

Lipomalar bədənin piy toxuması olan istənilən hissəsində əmələ gələ bilər.


Aztibb.az xəbər verir ki, ümumi cərrah Toğrul Məhərrəmovun bildirdiyinə görə, onlar adətən səthi olaraq dərialtı toxumada geniş müşahidə edlir, lakin bəzən fassiya və ya daha dərin əzələ qatlarında da əmələ gələ bilər.


Həkim qeyd edib ki, lipomaların inkişafı etiologiyası hələ ki, dəqiq anlaşılmayıbdır. Lipoma çox zaman dərialtı müəyyən edilən kiçik tenis şarı kimi xarakterizə edilir. Lakin, tenis şarından fərqli olaraq lipomalar yumşaq olur.


Bir çox xəstədə bir neçə lipoma müəyyən edilə bilər. Bəzi hallarda isə çoxsaylı lipomaları olan xəstələrdə irsi çoxsaylı lipomatoz xəstəliyi müəyyən olunur. Lipomaların maliqnizasiya olunaraq liposarkomaya transformasiyası çox nadir haldır.


“Lipoma diaqnozu adətən kliniki müayinə əsasında qoyulur. Lipomalar yumşaq, asimptomatik və adətən yavaş böyüyən törəmələrdir. Əgər lipoma olduğu düşünülən törəmə hansısa simptomlara səbəb olursa (məs., ağrı və ya hərəkətin məhdudlaşdırılması) və ya sürətlə böyüyürsə və ya yumşaq əvəzinə bərkdirsə, onun biopsiya olunması tövsiyə edilir”, - deyə həkim vurğulayıb.


Həkimin sözlərinə görə, lipomanın müalicəsi onun kapsula ilə birlikdə kəsilib çıxarılmasıdır. Lipomanın kəsilib götürülməsindən sonra təkrar əmələ gəlməsi nadir hallarda müşahidə edilir.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev