Tıxaclarda uzun müddət qalmaq Alzheymer riskini artırır
14.10.2023 14:58

Gündəlik həyatımızın bir parçasına çevrilmiş tıxaca biraz diqqət etsək içində bunları görərik: motor, siqnal, əyləc, insan səsləri və gurultu.


Aztibb.az xəbər verir ki, uzman fizioterapevt Rüfət Cabbarlının bildirdiyinə görə, bütün bu səslər biz hiss etmədən stres artımına səbəb olur.


Həkim qeyd edib ki, stress öz növbəsində qan təzyiqinin artmasına, ürək damar xəstəliklərinə, mədə bağırsaq problemlərinə də gətirib çıxarır.


Bütün bunlar azmış kimi yeni araşdırmalar tıxacda uzun müddət vaxt keçirməyin beynimizin yaddaşla bağlı bölgələrinə də xüsusi zərər vurduğunu göstərir.


“Alzheymerin başlanğıc əlamətləri olaraq bilinən stress artımı, yuxu pozuntuları, immun sistemindəki dəyişikliklər və iltihablanma tıxaca uzun müddət məruz qalan insanlarda aşkarlanmışdır. Tıxacın sağlamlığa zərərləri Avropada artıq hava kirlənməsindən sonra 2-ci risk faktoru kimi qəbul edilib”, - deyə həkim bildirib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev