Bu səbəblər 100 il yaşamağa mane olur
12.10.2023 13:16

Yaponiya və İsveçdən olan mütəxəssislərin daxil olduğu beynəlxalq alimlər qrupu 100 yaşdan yuxarı insanların qan testlərini öyrənərək uzunömürlülüyün yeni səbəbini aşkar ediblər.

Aztibb.az “GeroScience” jurnalına istinadən yazır ki, araşdırmanın nəticələri nəşrdə dərc olunan məqalədə təqdim edilib.

Tədqiqat zamanı müəlliflər 64-99 yaşlarında tibbi müayinədən keçən 44 min isveçlinin məlumatlarını təhlil ediblər. Daha sonra 35 il ərzində onların monitorinqi davam etdirilib.

Nümunədən 1224 nəfər (2,7 faiz) 100 yaşa qədər yaşayıb. Yüzyaşlıların əksəriyyətini (85 faizi) qadınlar təşkil edib.

Tədqiqatçılar iltihab, maddələr mübadiləsi, qaraciyər və böyrək funksiyası, potensial qida çatışmazlığı və anemiya ilə əlaqəli olan qanda on iki biomarkerə diqqət yetiriblər.

Nəticələr göstərib ki, 100 yaşa qədər yaşayanların altmış yaşlarından başlayaraq qlükoza, kreatinin və sidik turşusu səviyyəsi daha aşağı olub. Xüsusilə, onların qlükoza səviyyəsi hələ əvvəlki illərdə də 6,5-dən yuxarı olub.

Ən aşağı ümumi xolesterin və dəmir səviyyələri olan qrupdakı insanların yüksək göztəricili qrupdakı insanlarla müqayisədə 100 yaşa qədər yaşama ehtimalı daha az idi. Eyni zamanda, yüksək səviyyədə qlükoza, kreatinin və sidik turşusu olan insanların da bir əsr yaşamaq ehtimalının az olduğu görülüb.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev