Elm adamları Alzheimer xəstəliyinin əsas səbəbini açıqladı
12.10.2023 14:49

İsveç alimləri müəyyən ediblər ki, depressiya və stressdən əziyyət çəkən insanların Alzheimer xəstəliyinə tutulma ehtimalı bu cür psixi pozuntuları olmayanlara nisbətən iki dəfə çoxdur.

Aztibb.az "The Mirror”a istinadən xəbər verir ki, Karolinska İnstitutunun mütəxəssisləri səkkiz il davam edən araşdırmadan sonra bu qənaətə gəliblər.

İsveç alimləri 18 yaşdan 65 yaşa qədər 44 mindən çox xəstə haqqında məlumatları öyrənmək üçün illər sərf ediblər. Mütəxəssislər yaş, cins, ürək-damar xəstəliklərinin və şəkərli diabetin mövcudluğunu nəzərə alaraq müxtəlif qruplar üzrə müqayisəli təhlil aparıblar.

Nəticə etibarı ilə tədqiqatçılar belə qənaətə gəliblər ki, stress və depressiyadan əziyyət çəkən insanlarda koqnitiv pozğunluqların və müxtəlif növ demansların inkişaf riski artır.

Üstəlik, xroniki stress və ya depressiya diaqnozu qoyulan xəstələrdə Alzheimer xəstəliyinə tutulma ehtimalı, bu cür psixi xəstəlikləri yaşamayanlarla müqayisədə iki dəfə çox idi.

Bu arada ABŞ alimləri isə xolesterinin səviyyəsi ilə demensiyanın inkişafı arasında əlaqəyə dair araşdırma aparıblar.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev