Canan Karataydan immuniteti gücləndirən formul
11.10.2023 10:16

Sağlam qidalanmaya dair tövsiyələri ilə tez-tez gündəmə gələn professor Canan Karatay qışı sağlam keçirməyin sirrini paylaşıb.. İstifadə etməli olduğunuz bu içki sizi bütün qış boyu xəstəliklərdən qoruyacaq.

Aztibb.az “TRT Haber”ə istinadən xəbər verir ki, bu yaxınlarda qatıldığı proqramda limonlu su istehlak etməyi tövsiyə edən professor bu sağlam vərdişin faydalarını açıqlayıb.

Limon suyu bir çox insan üçün günə enerjili başlamaq və bədən sağlamlığını qorumaq üçün bir vasitə kimi tanınır.

Canan Karatayın tövsiyə etdiyi limonlu su bu faydaları ilə hər gün nizamlı olaraq istehlak edilməyə layiqdir.

Limon suyunu isti su ilə birləşdirərək də təsirini artıra bilərsiniz. Sağlamlığınıza bir addım daha yaxınlaşmaq üçün limonlu su vərdişini həyatınıza daxil edə bilərsiniz.

Limonlu suyun faydaları

Limonlu su qəbizlikdən əziyyət çəkənlər üçün çox təsirlidir. Səhərlər ac qarına limonlu su içmək bağırsaqları tənzimləyir və qəbizliyi aradan qaldırır.

Bədəndə yığılmış ödemi aradan qaldırmağa kömək edir. Limonlu su sidik vasitəsilə bədəndəki ödemi aradan qaldırır, beləliklə şişkinlik hissini azaldır.

Tərkibindəki C vitamini sayəsində dəri sağlamlığını dəstəkləyir. Dəridəki ləkələri azaltmağa və daha parlaq dəriyə sahib olmağa kömək edə bilər.

Limon C vitamini ilə zəngin bir meyvə olduğundan immunitet sistemini gücləndirir, xəstəliklərə qarşı müqaviməti artırır.

Limonlu su arıqlamağa çalışanlar üçün köməkçi içkidir. Maddələr mübadiləsini sürətləndirir və toxluq hissi yaradır, buna görə də daha az yeməyə kömək edə bilər.

Əhəmiyyətli antioksidant mənbəyi olan C vitamini ürək-damar xəstəlikləri başda olmaqla bir çox problemin qarşısını ala bilər.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev