Bu ölkədə siqaret satışının qadağan edilməsi planlaşdırılır
10.10.2023 12:52

İngiltərə hökuməti gələcək nəsilləri siqaretin zərərlərindən qorumaq üçün qanunlar çıxaracaqlarını və hər il siqaret alma yaşını artırmağı planlaşdırdıqlarını bildirib.

Aztibb.az “TRT Haber”ə istinadən xəbər verir ki, parlamentdə bu məsələ ilə bağlı səsvermənin “sərbəst səsvermə” olacağı açıqlanıb.

Baş nazir R.Sunak çıxışında gənclərə siqaret satışının qadağan edilməsi ilə bağlı qanunun İngiltərə parlamentində səsverməyə çıxarılacağını qeyd edərək, siqaret alma yaşının hər növbəti ildə bir il artırılacağını vurğulayıb.

"Bu qanun o deməkdir ki, siqaret heç vaxt qanuni olaraq bu gün 14 yaşlı bir gəncə satılmayacaq və onlar və onların nəsilləri siqaretsiz böyüyə bilər".

Hökumət elektron siqaretlərin istifadəsi ilə bağlı da açıqlama verib: "Uşaqlarımızın elektron siqaretə çıxışını məhdudlaşdırmaq üçün tədbirlər görəcəyik. Gələcək nəslin sağlamlığının müdafiəsi üçün doğru addımlar atılmalıdır”.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev