Uretroskopiya bu orqanın müayinəsində əhəmiyyətlidir
11.10.2023 15:06

Uretroskopiya sidik kanalının, sistoskopiya isə sidik kisəsinin daxildən vizual müayinəsidir. Müayinə zamanı sidik kisəsinə baxmaq üçün sidik kanalından keçilməlidir. Çünki əksər hallarda bu iki müayinə eyni vaxtda aparılır.

Aztibb.az xəbər verir ki, uroloq-androloq Ziyad Əliyevin bildirdiyinə görə, sistoskopiya çox yüksək dəqiqlikli görüntü verən kamera ilə təchiz olunmuş alətlə edilir, bu alət sistoskopdur.

Müayinə zamanı həkim ekranda sidik kanalının və sidik kisəsinin daxilini görür və onu sistoskopik nöqteyi-nəzərdən dəyərləndirir, sonda isə əməliyyatın protokolu və video yazısı xəstəyə verilir.

“Sidik kisə xəstəliklərinin müalicəsi ilə çox ciddi məşğul olan həkim kimi mən öz pasientlərimə sistoskopiya müayinəsini çox tez-tez təyin edirəm. Sistoskopiyanı edən həkim onun normal mənzərəsini, selikli qişanın normal relyefini və digər xarakterik xüsusiyyətlərini xəstəliklərdən ayırmağı bacarmalıdır. Ona görə də uretroskopiyanın keyfiyyəti və effektivliyi onu edən həkimdən çox asılıdır”, - deyə həkim qeyd edib.

Uretroskopun, yaxud sistoskopun tubusu sidik kanalının xaici dəliyindən maneəsiz daxil edilir. Bu zaman
sidik kanalı daxilində nə aşkarlana bilər ?

- Daralma;

- Polip, şiş, papilloma

- Divertikul,

- Erozoya, kimyəvi yanıq və.s

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev