İlk dəfə insan bədəninin bir hissəsi 3D çap edilib
10.10.2023 14:24

Alimlər ilk dəfə kosmosda insan bədəninin 3D çap olunmuş hissəsini əldə ediblər. Təcrübə Beynəlxalq Kosmik Stansiyanın (BKS) göyərtəsində baş tutub və mütəxəssislər diz oynağının qığırdaq yastığını reproduksiya ediblər.


Aztibb.az "Arqumentı i Faktı" nəşrinin məlumatına əsasən xəbər verir ki, tədqiqatda ötən il BKS-ə təhvil verilmiş “BioFabrication Facility” (BFF) 3D çap qurğusundan istifadə edilib. Alimlər insan kök hüceyrələri və kollageni "mürəkkəb" kimi istifadə ediblər.

Bildirilib ki, bu, insan sağlamlığı üçün əhəmiyyətli təsirləri olan təməlqoyma mərhələsidir. Qığırdaq yastığı kimi mürəkkəb toxumaları müvəffəqiyyətlə çap etmək bacarığı mikroqravitasiyanın inkişafında böyük irəliləyişdir.

Qeyd edək ki, kosmosda bioloji toxumalar və digər özlü materiallar çəkisizlik səbəbindən öz formasını daha yaxşı saxlayır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev