Misir alimləri fastfoodların yeni təhlükəsini sübut ediblər
10.10.2023 12:11

Misir alimləri belə qənaətə gəliblər ki, qızardılmış falafel (əsas tərkibi lobya və üyüdülmüş noxuddur) xayalar üçün zərərlidir.

Aztibb.az “Toxicology Reports” jurnalına istinadən xəbər verir ki, təcrübələr Əl-Əzhər Universitetinin alimləri tərəfindən siçovullar üzərində aparılıb və tədqiqatın müəllifləri çox yayılmış belə yeməklərinin gəmiricilərin reproduktiv sisteminə necə təsir etdiyini müəyyən ediblər.

Qeyd etmək lazımdır ki, Misirdə ənənəvi olaraq falafel qızartmaq üçün palma yağından istifadə olunur.

Təcrübədə təsadüfi olaraq üç bərabər qrupa bölünmüş 21 erkək siçovul iştirak edib. Birinciyə yalnız distillə edilmiş su, ikincisinə təzə palma yağı verilib. Üçüncü qrup, əvvəllər qızardılmış palma yağı istehlak edib.

Təcrübə 28 gün aparılıb. Tədqiqat zamanı misirli tədqiqatçılar həmçinin serum testosteron səviyyəsini, testis toxumasının oksidləşmə vəziyyətini və sınaq gəmiricilərinin sperma xüsusiyyətlərini təhlil ediblər.

Tədqiqatın nəticələri göstərib ki, dərin qızartmadan sonra yağı qəbul edən qrupda serum testosteron, sperma həcmi və sperma hərəkətliliyində əhəmiyyətli dərəcədə azalmalar olub. Bundan əlavə, haqqında danışdığımız üçüncü qrupda testis histologiyası orqanın struktur anormallıqlarını göstərib.

Alimlər oxşar təsirin insanlarda da müşahidə oluna biləcəyini vurğulayıblar. Bununla belə, qızardılmış falafelin kişilərə təsirini daha dəqiq müəyyən etmək üçün yeni təcrübələrə ehtiyac var.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev